Kral tortu

Порций:   Время приготовления:

KRAL_TORTU1Krallara layiq Kral tortunun hazırlanma qaydası yalnız bizdə

Tərkibi:

Xəmir üçün:
  • 3 ədəd yumurta
  • 1,5 stəkan şəkər tozu
  • 1,5  stəkan un
  • 5-6 ədəd qara gavalı qurusu
  • 1,5 stəkan xama
  • yarım stəkan çörəkotu
  • yarım stəkan kişmiş
  • 3 ç/q qabartma tozu
  • 5-6 ədəd xırda doğranmış qoz ləpəsi
Krem üçün:
  • 1 qab bişmiş qatılaşdırılmış süd
  • 200 qr kərə yağı
  • bəzək üçün zövqə görə meyvələr 

Hazırlanma qaydası:

Bu tortun hazırlanmasında 3 korjdan istifadə olunur. Keçək ilk korjun hazırlanmasına: 1 ədəd yumurta,0,5 stəkan un,0,5 stəkan xama,0,5 stəkan şəkər tozu, 1 ç/q qabartma tozunu qarışdırıb,xəmir hazırlayırıq. Üzərinə çörəkotunu da tökürük. 180 dərəcə isidilmiş sobada tam hazır olanadək bişiririk. İkinci korj üçün də, 1 ədəd yumurta,0,5 stəkan şəkər tozu, 0,5 stəkan xama,0,5 stəkan un, 1 ç/q qabartma tozunu eyni qaydada çalıb, xəmir hazırlayırıq. Bu korja isə kişmiş töküb, qarışdırıb eyni qaydada bişiririk. Nəhayət sonuncu korjun xəmirini də üsulla hazırlayıb, üzərin əxırda doğranmış gavalı qurusu və qoz tökürük. Bu korju da sobada bişirib, hər 3-nü soyumağa qoyuruq. Yumşalmış kərə yağı ilə bişmiş qatılaşdırılmış südü mikserlə çalıb, krem hazırlayırıq. Hər 3 korjun arasını kremləyib, üst-üstə döşəyirik. Tortun üstünü vəkənarlarınıda kremləyib, istədiyimiz meyvə dilimləri ilə bəzəyirik.

NUŞ OLSUN!


KRAL_TORTU2KRAL_TORTU

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий