Kremli Boston piroqu

Порций:   Время приготовления:

Bu şirniyyat həm piroq həm də tort əvəzi ideal reseptdir. Sınamağa dəyər...

boston_piroqu

Tərkibi:

 Biskvit üçün:
  • 3 yumurta
  • 220 qr un
  • 100 qr şəkər tozu
  • 30 vanil
  • 90 qr kərə yağı
  • 120 ml süd
  • 1 çimdik duz
  • 1 çay qaşığı qabartma tozu
  • 1 xörək qaşığı bitki yağı
Bişmiş vanilli krem:
  • 100 qr ağ şəkər tozu
  • 60 qr vanil
  • 30 qr qarğıdalı nişastası
  • 4 ədəd yumurta sarısı
  • 1 çimdik duz
  • 30 qr kərə yağı
  • 500 ml süd
Qlazur üçün:
  • 2 xörək qaşığı kakao
  • 3 xörək qaşığı şəkər tozu
  • 100 qr xama
  • 15%  30 qr kərə yağı

Hazırlanması:

 Biskvit üçün bir qabda süd və yağı qarışdırıb zəif odda qaynamaq dərəcəsinə gətirin(yağ tamamilə süddə ərisin deyə). Yumurtanı şəkər tozuyla köpürdüb ağaranadək mikserlə çırpın. Yumurtalı qarışığa un, qabartma tozu, duz və vanil əlavə edib ehtiyyatla qarışdırın. Xəmirə isti südü töküb taxta qaşıqla ehtiyyatla qarışdırın. Diametri 20 sm olan sinini bitki yağıyla yağlayın və kənarlarını, içini unlayın. Xəmiri formaya töküb 180 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin Bişən biskviti soyudun. Krem üçün bir qabda süd, yumurta sarısı, şəkər tozu, duz və nişasta töküb tel çırpıcıyla çırpın. Zəif odda qatılaşanadək bişirin. Kremin üzərinə streç-sellofan sərib, soymağa qoyun. Kremə yumşaldılmış kərə yağı əlavə edib eynikütləli olanadək blenderlə çırpın. 
Biskviti 2 hissəyə ayırıb kremləyin.
Qlazur üçün bir qabda bütün inqrediyentləri qarışdırıb zəif odda qaynatmadan bişirin. Qlazur bir az soyuduqdan sonra piroqun üzərinə bəzəyin.1 gecə saxladıqdan sonra piroqu süfrəyə verə bilərsiniz.
Nuş olsun!
boston
 
Метки записи:
Loading...
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий