Krep (blinçik)

Порций:   Время приготовления: 3 saat

12743868_515226145323171_8724518606677556593_nİlk dəfə krep un məmulatı kimi Fransada hazırlanıb. Daha sonra Avropa mətbəxinə yayılaraq, daha da məşhurlaşıb. Tarix boyu müxtəlif xalqlar bu qida növünü özününküləşdirərək adında və dadında bəzi dəyişikliklər edib. Məsələn rus dilində krep blini, blinçiklə əvəzlənərək Azərbaycan mətbəxinə də elə bu adla yol tapıb. Odur ki,  "blinçik" hazırlamağa başlayırıq. Bunun üçün bizə lazımdır:

Tərkibi:

  • 3 ədəd yumurta
  • 1 stəkan yarım süd
  • 1 stəkan su
  • 1 çimdik duz
  • 2 xörək qaşığı şəkər tozu
  • 1 ç/q vanil
  • 400 qr un
  • 2 x/q bitki yağı
  • 1 çimdik soda

Yumurtaları bir qaba töküb üzərinə duz səpib qarışdırırıq. Şəkər tozu və vanili əlavə edib qarışdırmağa davam edirik. Süd, su, sodanı da qaba tökürük. Unu yavaş-yavaş qarışımın üzərinə səpirik ki, içərisində un topları qalmasın. İşinizi asanlaşdırmaq üçün blender və ya mikserdən istifadə edə bilərsiniz. Xəmir nə su kimi duru, nə də çox qatı olmamalıdır. Üzərinə yağı da töküb, 1 saatlıq soyuducuda gözlədirik.

Bu müddətdə tavanı ocağın üzərində qızdırırıq. Çömçə ilə xəmirdən hissə- hissə götürüb, tavanın içərisinə töküb, yayırıq. Hər iki tərəfini bişiririk. Eyni qayda ilə blinçiklərin hamısını bişirib, üst-üstə yığırıq.  Hazır blinçikləri istənilən içliklə və ya sadəcə xama, qatılaşdırılmış ya da balla süfrəyə vermək olar.

Əziz kulinarlar, son zamanlar krep bişirmək üçün xüsusi tavalar satışa çıxarılıb. İstəsəniz əldə edib işinizi yüngülləşdirə bilərsiniz.

Nuş olsun!


12743868_515226145323171_8724518606677556593_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий