Kruasan

Порций:   Время приготовления:

FB_IMG_1457004942555Kruasan, Fransız mətbəxinin sevilən şirniyyat növü sayılır. Son dövrdə bu təam, öz ləzzəti ilə dünyanın dörd bir yanına səs salıb. Kruasanın xəmirini hazırlamaq əmək istəyir. Lakin bu zəhmətə dəyəcək şirniyyatları bişirdikdən sonra, isti bir qəhvənin və ya çayın yanında ləzzətlə yeyib, zövq alacaqsınız.  

Kruasanın tərkibi:

Xəmiri üçün
  • 500 qram un
  • 1 paket quru maya(10 qram)
  • 50 qram kərə yağı
  • 2 çay qaşığı şəkər tozu
  • 2 çay qaşığı duz
  • 1 stəkanı ilıq süd(200 ml)
  • 2 ədəd yumurta
Xəmirin aralarını yağlamaq üçün
  • 200 qram kərə yağı və ya marqarin
Üzəri üçün
  • 1 ədəd yumurta sarısı

Hazırlanma qaydası:

1. Xəmiri hazırlamaq üçün, lazımlı olan un xaricindəki bütün vəsaitlər, dərin bir qab içərisində qarışdırılır. Üzərinə az-az un əlavə edilərək yoğrulur və ələ yapışmayan yumşaq bir xəmir əldə edilir. Əldə edilən xəmirin üstü örtülərək 1 saatlıq mayalanmağa qoyulur.(Ən az xəmir 2 qatına çıxmalıdır.)

2. Otaq temperaturunda yumuşaldılmış 200 qram kərə yağını soyuducu sellofanına qoyub, üzərinə oxlov ilə basdırılaraq düzləşdirilir. Düzləşdirilən kərə yağı bərkiməsi üçün soyuducuya qoyulur. Mayalanan xəmir, düz bir dəzgah üzərinə qoyulur, bir az  oxlovla yayılıb, zərf şəklində (kvadrat şəkildə) qatlanılır. Təkrar yüngülcə açılır və ortasına soyuducuda bərkiyən kərə yağı yerləşdirilir. Xəmirin kənarları kərəyağının üzərini bağlayacaq şəkildə açılır və xəmir zərf şəklində bağlanılır.  Kərə yağının xəmirin içərisində qalması təmin edilir. Hazırlanan xəmir, yüngül unlu dəzgah üzərində, oxlovla uzununa düzbucaqlı şəkildə, yarım santimetr qalınlığında açılır. Açılan xəmir 3 hissəyə qatlanıb sellofan paket içərisinə qoyulur və soyuducuda yarım saat saxlanılır. Xəmir soyuducudan götürülüb. təkrar yüngül unlu dəzgahda oxlov ilə düzbucaqlı şəkildə uzununa açılır. Yenə 3-ə qatlanıb sellofan paketə qoyulur və soyuducuda yarım saat saxlanılır.Bu əməliyyat iki dəfə daha təkrarlanır.

3. Sonra xəmir soyuducudan çıxardılıb, açıla bildiyi qədər uzun bir şəkildə oxlovla yayılır. Açılan uzun düzbucaqlı xəmir, bərabər üçbucaq hissələrə ayrılır. Əldə edilən üçbucaq xəmirlərin geniş qisiminə, bıçaq ilə kiçik bir kəsik atılır. Kəsik atılan kənardan başlayıb rulon şəklində burulur. ( Zövqünüzə uyğun şokolad dilimi, qaynadılmış qatılaşdırılmış süd, meyvə dilimi, cem də qoyula bilər) . Kruasanlara forma verdikdən sonra, yağlı kağız sərilmiş soba sinisinə aralı məsafədə düzülür və üzərinə streç-sellofan bağlanılıb yarım saat gözlədilir.Daha sonra üzərlərinə fırçanın köməyi ilə yumurta sarısı sürtülür. Əvvəlcədən qızdırılmış 200 ° sobada üzəri qızarana qədər (təxminən 15-20 dəqiqə) bişirilir.

Nuş olsun!


FB_IMG_1457005048016 FB_IMG_1457005147027 FB_IMG_1457004942555

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий