“Kudryaş” tortu

Порций: 12 dilim   Время приготовления: 2 saat

kudraşMəşhur Kudryaş tortunun hazırlanma qaydası ilə tanış olun.

Tərkibi:

  • 2 stəkan un
  • 1 ç/q soda
  • 2 çimdik vanil
  • 2 stəkan şəkər tozu
  • 3 x/q kakao
  • 2 çimdik limon duzu
  • 8 ədəd yumurta
  • 1 qab Bişirilmiş qatılaşdırılmış süd
  • 200 qr kərə yağı

Hazırlanma qaydası:

Kudryaş tortunun hazırlanmasında ag və qəhvəyi olmaqla iki korjdan istifadə edilir. Öncə ağ korju bişiririk. Bunun üçün 4 ədəd yumurtanın ağını sarısından ayırırıq. Sarısını mikserlə yaxşıca çalırıq. Elə bu müddətdə içinə yavaş-yavaş 1 stəkan şəkər tozu tökərək, qarışdırmağa davam edirik. Yumurtanın ağlarına 1 çimdik limon duzu səpirik. Yumurtanın ağını və yarım çay qaşığı sodanı da kütləyə əlavə edib, mikserlə qarışdırmağa davam edirik. Kütlənin üzərinə 1 stəkan un da səpib, yaxşıca qarışdırırıq. Soba sinisinin dibini yağ və unlayıb, xəmiri tökürük. 180 dərəcə isidilmiş sobada 40 dəqiqə ərzində bişiririk. Ağ korj bişdikdən sonra qəhvəyi korju hazırlayırıq. Bu korjun hazırlanması da eyni mərhələdə və eyni miqdarda ərzaqlarla həyata keçiriləcək. Fərq yalnız ondadır ki, kütləyə un əlavə edərkən, kakaonu da səpib, qarışdırırıq. Bu korju da eyni qaydada sobada bişiririk.

Bişirilmiş qatılaşdırılmış süd ilə yumşaldılmış kərə yağını mikserlə yaxşıca çalırıq. Krem hazırdır.

Hər iki korju ortadan dairəvi şəkildə iki hissəyə kəsirik. Korjların kənarlarını səliqə ilə kəsib, ovuntu hazırlayırıq. Öncə ağ korjun 1-ci hissəsini qoyub, kremləyirik, sonra isə qəhvəyi korju üzərinə döşəyib, krem sürtürük. Bu prosesi bir daha təkrarlayıb, tortun üzərini və kənarlarını da kremləyirik. Ovuntuları zövqə görə tortun üstünə səpib, bəzəyirik.

Çay süfrəsində "Kudryaş" tortunun xüsusi yeri var.

NUŞ OLSUN!


kudraş

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий