KÜKÜ

Порций: 4 nəfərlik   Время приготовления: 30 DƏQİQƏ

20151216_145551
Bugün milli mətbəximizin məşhur asan yeməyi sayılan kükü hazırlayırıq. Kükü Azərbaycan və İran mətbəxinə aid olan göyərti, yumurta və digər ərzaqlardan ibarət vegetarian yemək növüdür. Kükü həm də Naxçıvan bölgəsində qədim tarixi yaşayış məskəni sayılan kəndin adıdır.
Kükünün Azərbaycan mətbəxində bir çox hazırlanma qaydası var. Biz bugün ən sadə və tez başagələn növünü bişirəcəyik. Bunun üçün istifadə edəcəyimiz ərzaqlar bunlardır.

 

Ərzaqlar:

  • 1 dəstə keşniş
  • 1 dəstə şüyüd
  • 1 dəstə dağ keşnişi
  • 1 dəstə cəfəri
  • 1 dəstə ispanaq
  • Bir neçə nanə yarpağı
  • 3 ədəd yumurta
  • 1 ədəd soğan
  • 1 x/q un
  • 1 x/q əridilmiş kərə və ya bitki yağı
  • Duz, istiot

Göyərtiləri təmizləyib, yaxşıca yuyuruq. Soğanı da həmçinin qabığından ayırırıq. Göyərti və soğanı doğrayıb, üzərinə yumurtaları, unu və zövqə görə duz, istiotu əlavə edib qarışdırırıq. Tavada yağı qızdırdıqdan sonra qarışımı da əlavə edib yayırıq. Bir üzü qızarandan sonra kükünü hissələrə ayırıb digər üzünü də bişiririk. Kükü süfrəyə əsasən isti halda, qatıqla və sumaxla verilir. NUŞ OLSUN! Əziz dostlar, saytımızı zənginləşdirmək üçün bildiyiniz kükü növlərini lütfən bizimlə paylaşın.


Kuku3 Kuku 2 Kuku

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий