Kumpir

Порций: 2 ədəd   Время приготовления:

13000174_1139270656104000_4938744758129499428_nKumpir türk mətbəxindən süfrələrimizə gəlib çıxmış asan yemək növüdür. Bir çox hazırlanma qaydası var. Bugün olduqca  sadə Kumpir hazırlayacağıq.

Tərkibi:

İki ədəd kumpir üçün:
  • 2 ədəd orta və ya böyük ölçülü kartof
  • 2 ç/q kərə yağı
  • 1 ovuc konservləşdirilmiş qarğıdalı
  • 1 ədəd turşu xiyar
  • bir ovuc dogranmış toyuq əti və ya kolbasa
  • 1 ədəd xırda doğranmış yerkökü
  • duz, istiot, mayonez

Hazırlanma qaydası:

Karofları yaxşıca yuyub, qurudub, sobada bişirin. Bişdikdən sonra uzununa formada ortadan bir tərəfini kəsin. Kartofu kitab formasında ehtiyyatla açın. İçərisinə çay qaşığı ilə qoyduğunuz kərə yağı ilə kartofun içini yaxşıca qarışdırıb, püre halına gətirin. Zövqə görə duz, istiot səpin. Yerkökünü, ət və ya kolbasanı və xiyar turşusunu xırda ölçüdə doğrayıb, qarışdırın. Kumpirin üzərinə tökün. Daha sonra qarğıdalını da səpib, üzərini zövqə görə mayonezlə bəzəyin. Kumpir hazırdır.

NUŞ OLSUN!


 13000174_1139270656104000_4938744758129499428_n

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий