Kuru fasulye

Порций:   Время приготовления:

kuru fasulyeƏminəm ki, bu xörəyin adı türk filmlərindən hərkəsə tanışdır. Bəs dadı necə? Olduqca faydalı və dadına doyum olmayan Kuru fasulyenin hazırlanma qaydasını, Sizə təqdim edirik.

 

Tərkibi:

  • 300 qr ağ lobya
  • 300 qr mal əti
  • 2 ədəd pomidor
  • 1 baş soğan
  • 1 ədəd acı bibər
  • 1 x/q  tomat
  • Duz,qara və qırmızı istiot

Hazırlanma qaydası:

Ağ lobyanı bir gün öncə gecədən  suda islağa qoyun. Mal ətini xırda ölçüdə doğrayıb, bişirin. Soğanı da doğrayıb kərə və ya duru yağda az qızardın. Qabığı soyulmuş pomidorları rəndələyib,  soğana əlavə edib, qovurun. Pomidor qovrulduqdan sonra, 1 x/q tomatı iliq suda həll edib, pomidora əlavə edin. Bişmiş ətləri pomidorla az qovurub, üzərinəgecədən isladılıb, qaynadılmış lobyanı əlavə edin. Üzərinə 1 litr yari ət bulyonu yari su tökün.Qazana qabıqlı yarım limon, zövqə görə acı bibər atıb ağzı qapalı vəziyyətdə 35-40 dəqiqə bişirin.   lobya   Kuru fasulye baş soğan, aci bibər turşusu və sadə plovla çox ləzzətli olur. fasulyeplov Nuş olsun! Resept üçün Liza xanıma təşəkkürlər!
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий