Lahmacun

Порций: 15 ədəd   Время приготовления: 4 saat

LahmacunTürk mətbəxinin ən çox sevilən asan yeməklərindən sayılan Lahmacun hazırlayırıq. Təqdim edəcəyim reseptlə istədiyiniz nəticəni əldə edəcəyinizə zəmanət verirəm. Hətta təklif edirəm ki, hazırladığınız Lahmacunların fotolarını bizimlə paylaşın.

Lazım olan ərzaqlar:

Xəmir Üçün:

  • 1 xörək qaşığı quru maya
  • 1 çay qaşığı şəkər tozu
  • 2 stəkan ilıq su
  • 4 stəkan əla növ un
  • 1 çay qaşığı duz
  • 1 x/q bitki yağı

İçlik üçün:

  • 400 qr çəkilmiş qoyun əti
  • 2 ədəd kiçik soğan 
  • 2 ədəd yetişmiş pomidor 
  • yarım stəkan xırda-xırda doğranmış cəfəri
  • 3 diş xırda-xırda doğranmış sarımsaq
  • 2 x/q tomat
  • 2 ç/q bibər kürüsü(bibər salçası)
  • duz, istiot

Süfrəyə Vermək Üçün:

  • cəfəri
  • limon

Hazırlanma qaydası:

Öncə xəmiri hazırlayaq. Bir qabda maya, şəkər və yarım stəkan ilıq suyu maya həll olana qədər qarışdırırıq. İsti yerdə 10 dəqiqə, üstü köpüklənənədək saxlayırıq.  1 stəkan unu iri qaba ələyib, üstünə mayalı qarışığı əlavə edirik və qarışdırırıq. Qabın üstünü sellofanla örtüb,  yarım saat  isti yerə qoyuruq ki, qarışıq gəlsin. Sonra qalan unu da bura əlavə edib, duzu, yağı və qalan  1,5 stəkan suyu da əlavə edib, yaxşıca qarışdırırıq.

Qarışımı 10 dəqiqə ərzində yoğurub, elastik  və ələ yapışmayan xəmir halına gətiririk. Xəmiri iri qaba qoyub üstünü dəsmalla örtürük.  1 saatlıq isti yerə qoyuruq.

Bu müddət ərzində içliyi hazırlayırıq. Bunun üçün, qiyməni, ətçəkən maşında xırdalanmış pomidor və soğanı digər ərzaqlarla qarışdırıb, yoğururuq. Zövqə görə duz, istiot səpirik. İçlik hazırdır.

Gəlmiş xəmiri  bir az un səpilmiş yerə qoyub, əlimizlə ona uzunsov şəkil veririk. İti bıcaqla 15 hissəyə  bölürük. Hissələri kündələyib ovcumuzla üstlərinə  basaraq, bir az yastıladırıq. Sonra isə bu kündələrin üstünü sellofan və ya dəsmalla örtüb, 10 dəqiqəlik isti yerə qoyuruq.

Kündələri növbə ilə çox  nazik dairə əldə edənədək oxlovla açırıq. Üstünə içliyi yayırıq. Lahmacunu öncədən isinmiş sobada ət bişənədək, təxminən 7 dəqiqə saxlayırıq. İstəsəniz  ocağın üzərində tavada da bişirə bilərsiniz. Bunun üçün lahmacunları əvvəlcədən isidilmiş tavanın içərisinə qoyub, orta ocaqda üzərini qapaqla örtüb, 4 dəqiqə bişirmək, daha sonra isə qapağı götürüb yenə 2 dəqiqə bişirmək kifayətdir. Mən tavada bişən lahmacunun dadını daha çox sevirəm. Hazır olan lahmacunları, biraz qapalı qabda saxlasanız daha da yumuşaq olacaq. Hazır lahmacunların içərisinə cəfəri yarpaqları qoyub, limon sıxıb bükərək yeyə bilərsiniz. Lahmacunun yanında soyuq ayranınız  da varsa, bu ləzzəti uzun müddət unutmayacaqsınız. 


lahmacun içliyimayaLahmacun

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий