Lavaşarası salat

Порций: 8 nəfər   Время приготовления: 3 Saat

lavasharasi salatBugün sizinlə çox maraqlı salat növü paylaşırıq. Bu salatın dadı qədər görünüşü də çox gözəldir. Bir özəlliyi də odur ki, onu çörəksiz yemək olur. Lavaşaarası salat hazırlayırıq. Lavaş bu salata xüsusi ləzzət qatır, yedikdən sonra özünüz də əmin olacaqsınız. Lavaşarası salatı hazırlamaq üçün əl çevikliyi tələb olunur. Ərzaqları zövqününzə görə seçə bilərsiniz. Mən isə bu ərzaqlardan istifadə etdim:

 

  • 3 ədəd yerkökü
  • 3 ədəd kartof
  • 2 ədəd yumurta
  • 200 qr hisə verilmiş balıq
  • 2 ədəd dördbucaqlı formalı lavaş
  • 100 qr rəndələnmiş qoz
  • mayonez, duz, istiot

Tərəvəzlər və yumurtaları bişirib təmizləyirik, balığı xırda doğrayırıq. Lavaşların arasına mayonez səpib üst-üstə qoyuruq. Növbə ilə tərəvəzləri, yumurtanı sürtgəcdən keçirib hər birinin arasına duz, istiot, mayonez vururuq. üzərinə qoz ləpəsi və balığı da səliqə ilə əlavə edirik. Salatımızı ehtiyyatla rulon formasında bükürük. Folqanın içərisində soyuducuya qoyuruq. 2 saatdan sonra dilimlərə bölüb süfrəyə veririk.

NUŞ OLSUN!

lavash 20151123_180311 20151123_181145 lavasharasi salat

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий