Lazanya

Порций: 8 nəfərlik   Время приготовления: 2 saat

Lazanya İtaliya mətbəxi dadlı xəmir xörəkləri ilə dünyada tanıdır. Onlardan biri də, Lazanyadır. Lazanya yarpaq formasında olduğundan, bir növ xəngəli xatırladır. Odur ki, ürəyiniz xəngəl istəyirsə, özünüzə çox zəhmət vermədən, Lazanya hazırlayıb, nuş edə bilərsiniz. Lazanyanı böyük marketlərin makaron, spagetti və s. un məmulatları satılan bölmədən əldə edə bilərsiniz.

Lazanyanı hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 8 ədəd lazanya yarpağı
  • 200 qr rəndələnmiş holland pendiri
Bolonez üçün
  • 150 qr qiymə (quzu və dana əti qarışıq)
  • 2 baş soğan
  • 2 ədəd yerkökü
  • 4 x/q tomat
  • yarım stəkan su
  • yağ
  • 2 diş sarmısaq
  • duz, istiot
Beşamel sousu üçün
  • 70 qr kərə yağı
  • 4 x/q un
  • 2 stəkan süd
  • duz, istiot

Hazırlanma qaydası

Əslində lazanyanın tərkibində donuz əti və ağ şərab olur. Mən bəzi dəyişiklik etdim. Donuz ətini quzu əti ilə əvəz etdim, şərab isə ümumiyyətlə vurmadım.

Bu yeməyi hazırlanma qaydası aşağıda göstərilən 3 mərhələdən ibarətdir.

Bolonezin bişirilməsi

Bunun üçün öncə soğanları xırda doğrayıb, yağda qızardırıq. Üzərinə qiyməni töküb, rəngi solanadək durmadan qarışdırırıq. Daha sonra xırda doğranmış sarmısağı və kökü, tomatı, suyu əlavə edib, qapağı örtürük. Bir müddətdən sonra qapağı açıb, duz və istiot səpirik. Suyu quruyub, yağa düşəndə ocağı söndürürük

Beşamel sousunun hazırlanması

Qazanda yağı 1 dəqiqə əridirik. Üzərində unu əlavə edib, qarıçdırırıq. Südü töküb, durmadan qarışdırırıq ki, un topları tamam həll olsun. Sous qatılaşanda duz və istiot səpib ocaqdan götürürük.

Yeməyin hazırlanması

Yemək hazırlamaq üçün nəzərdə tutulmuş soba qabına öncə lazanya yarpaqlarını, sonra beşamel sousunu, üzərinə bolonezi yayırıq. Bu prossesi 3 dəfə təkrarlayırıq.  Sonda lazanya yarpaqları, beşamel və rəndələnmiş pendiri səpib, 20 dəqiqə sobada bişiririk. Pendirin rəngi tündləşəndə sobadan götürüb, isti-isti süfrəyə veririk. NUŞ OLSUN!

QEYD: Əziz kulinarlar, bəzən lazanyanı sobaya qoymazdan öncə duzlu suda 2 dəqiqə bişirirlər. Mən belə etmirəm və yarpaqlar sobada bişdikdən sonra yetərincə yumuşaq alınır. Hər ehtimala qarşı lazanya alarkən paketin üzərindəki göstərişə diqqət yetirin.


lazanyalazanya yarpağıbeşamelbolonezpendirlazanya 2lazanya 3