Ləvəngili toyuq ruleti

Порций: 5 nəfəfrlik   Время приготовления: 1 saat

ruletBugün çox maraqlı qəlyanaltı hazırlayacağıq. Ləvəngili toyuq ruleti. Bu yemək həm çox asan başa gələcək, həm də qonaqlarınızın xoş təəccübünə səbəb olacaq. Əmin olun ki, hələ uzun müddət sizdən bu resepti istəyəcəklər.

Ləvəngili toyuq ruletinin tərkibi:

  • 1 ədəd toyuğun döş əti
Ləvəngi üçün
  • 4  x/q palçıq turşu
  • 2 baş orta ölçülü soğan
  • 70 qr rəndələnmiş qoz ləpəsi
  • 1 ovuc kişmiş
  • 5-6 ədəd ərik qurusu
  • 5-6 ədəd gavalı qurusu
  • duz, istiot

Hazırlanma qaydası:

Öncə qeyd edim ki, mən balaca toyuğun sinə ətindən istifadə etdim, çünki içliyin çox olmasına önƏm verdim. Əgər siz ət qatının qalın olmağını istəyirsinizsə, 2 ədəd toyuğun döş ətindən istifadə edə bilərsiniz. Həmçinin bu reseptdə ləvənginin tərkibinə bəzi dəyişikliklər var.

1 Toyuğun ətini yuyub, qurutduqdan sonra, ətçəkən maşından keçiririk. Az miqdarda duz istiot səpib, 10 dəqiqə soyuducuda saxlayırıq.

2 İçliyi hazırlayırıq. Soğan, kişmiş, ərik və gavalını ətçəkən maşından keçiririk.  Soğanın suyunu sıxıb çəxarırıq. Üzərinə sürtgəcdən rəndələnmiş qoz ləpəsi və turşunu da tökürük. 1 çimdik duz və istiot səpib, qarışdırırıq. Ləvəngi də hazırdır.

3  Əti folqanın üzərinə ehtiyyatla yayırıq. İstəsəniz kvadrat və ya düzbucaqlı formada yaya bilərsiniz.

toyuq əti

İçliyi ətin içərisinə sürtürük.

ləvəngi

Rulon formasında bükürük.

rulet

İçlikdən rulonun üzərinə də sürürük.

toyuq ruleti

20 dəqiqə 200 dərəcə isidilmiş sobada bişiririk. Bişdikdən sonra doğrayıb, süfrəyə veririk.

rulet

Bu qəlyanaltını, isti və ya soyuq halda süfrəyə vermək olar. NUŞ OLSUN!


 

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий