Ləziz və ətirli içli toyuq kotleti

Порций:   Время приготовления:

Bu mükəmməl kotletləri çox bəyənəcəksiniz. Dadlı yumşaq içlik, zərif toyuq əti və rəndələnmiş xırçıldayan kartof. Qonaqlıq süfrələrinizin ən çox sevilən isti yeməyinə çevriləcək.

kotletii

Tərkibi:

Kotlet üçün:
  • 400 qr toyuğun döş əti
  • 200 qr şampinyon göbələyi
  • 100 qr holland pendiri
  • 1 baş soğan
  • şüyüd
  • duz, istiot
Batırıb, qızartmaq üçün:
  • 3 ədəd kartof
  • 1 ədəd yumurta
  • un
  • bitki yağı

Hazırlanması:

Öncə içlik hazırlayın. Göbələyi təmizləyib, qaynatdıqdan sonra, nazik doğrayın. Soğanı da yarımhalqa doğrayıb, yağda qızardın.

gobelek

Pendiri sürtgəcin iri gözündən keçirdin. Şüyüdü də xırda doğrayın. Qovrulmuş soğan, doğranmış göyərti və rəndələnmiş pendiri qarışdırıb, biraz duzlayın.

gobelek1

Toyuğun döş ətindən nazik hissələr doğrayıb, ətdöyənlə vurub, nazildin. Duz və istiotladıqdan sonra ortasına 1x/q içlik qoyun.

gobelek2

Ətin kənarlarını birləşdirib, kotlet formasına salın. Kartofu soyub rəndələnin iri gözündən keçirdin.  Yumurtanı da digər qaba töküb, çəngəllə birazca çalın. Kotleti hazırlayacağınız masanın üzərinə isə un səpin. Kotletləri öncə una, sonra yumurtaya sonda isə kartofa bulayıb, bol bitki yağı tökülmuş isti tavada qızardın.

KOTLET2

Sonra isə 180 dərəcə isidilmiş sobada 10 dəqiqə də bişirin və ləzzəti kotletləriniz hazırdır.

kotletii

NUŞ OLSUN!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий