Ləzzətli Almalı piroq

Порций:   Время приготовления:

13511956_260669397622442_5832278709709576558_nFərqli piroq resepti axtarışındasınız? Alma və üzümlü piroqu sınayın.

Lazım olan ərzaqlar:

Xəmir üçün:
  • 300 qr xama
  • 200 qr şəkər tozu
  • 250 qr un
  • 2 ədəd yumurta
  • 2 ədəd iri alma
  • 1oo qr kişmiş
  • 50 qr kərə yağı
  • 1ç/q qabartma tozu
  • 1 paket vanil,
Üzəri üçün umac:
  • 20 qram kərə yağı
  • 3 x/q şəkər tozu
  • 3-4 x/q un

 Yumurta və şəkər tozunu mikserlə çalın. Bu müddətdə üzərinə əridilmiş kərə yağı və xama da tökün. Sonra vanil, un və qabartma tozu da səpib, yaxşıca qarışdırın. Almaları yuyub, soyub, içərisini təmizləyin. Nazik dilimlərə bölün.Kişmişi 5 dəqiqə ilıq suda saxlayın. Suyunu süzüb, təmiz dəsmalın üzərində qurumağa qoyun. Soba sinisinin içərisini yağlayıb, suxarı səpin. Xəmirin yarısını qaba töküb, üzərinə alma və kişmişləri düzün. Sonra geri qalan xəmiri də üzərinə əlavə edin. 

13269281_260669467622435_7036930192266079829_n

180 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin. Bu müddətdə umacı hazırlayın. Yağ ilə undan umac hazırlayıb, üzərinə 3x/q şəkər tozu əlavə edin. Piroqun üzərinə, hazırladığınız umacı səpib, yenidən 20 dəqiqə bişirin. Soyuduqdan sonra dilimləyib, süfrəyə verin.

NUŞ OLSUN!

13511956_260669397622442_5832278709709576558_n

 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий