Ləzzətli Bananlı piroq

Порций: 1 sini   Время приготовления: 1 saat

Soyuducunuzda qalan bananların rəngi qaralır? Artıq onları atmaq əvəzinə ləzzətli piroq hazırlaya bilərsiniz.

Ərzaqlar:

  • 2 stəkan un
  • 1,5 stəkan şəkər tozu
  • 100 qt kərə yağı
  • 2 ədəd banan
  • 2 ədəd yumurta
  • 150 ml süd
  • 1 ç/q qabartma tozu
  • 1 ç/q vanil
  • 1 çimdik duz
  • üzərinə səpmək üçün şəkər kirşanı

Hazırlanması:

Bananların qabığını soyub, yaxşıca əzib, püre halına gətirin. Yumşalmış kərə yağı ilə şəkər tozunu mikserlə qarışdırın. Üzərinə banan püresini də töküb, qarışdırmağa davam edin. Süd, vanil və duzu da kütləyə əlavə edib, yenidən mikserlə çalın.

banan3

Yumurtaları da qarışıma çırpıb, mikserin aşağı sürətində qarışdırın.

banan4

Kənarda un və qabartma tozunu qarışdırın. Yavaş-yavaş kütləyə töküb,  ehtiyyatla qarışdırın. Soba qabının dibini və kənarlarını yağladıqdan sonra, xəmiri tökün.

banan1

190 dərəcə isidilmiş sobada, 40 dəqiqə bişirin.

banan

Hazır piroqun üzərinə şəkər kirşanı səpə bilərsiniz.

banan2

NUŞ OLSUN!

 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий