Ləzzətli Nar salatı

Порций: 1 boşqab   Время приготовления: 2 saat

Nar görünüşlü, bol vitaminli Nar salatı reseptini sınayın.

nar_salati

Tərkibi:

  • 2 ədəd kartof
  • 3 ədəd yumurta
  • 2 ədəd yerkökü
  • 2 ədəd çuğundur
  • 1 ədəd nar
  • 200 qr toyuğun sinə əti
  • mayonez, xama, duz

Hazırlanma qaydası:

Toyuğun sinə əti bişirilib, bıçaqla uzunsov doğranıb əllə didilir. Nar təmizlənib, dənələnir. Kartof, kök, çuğundur və yumurta suda bişirilir. Soyuduqdan sonra qabıqları soyulub sürtgəcden keçirilir ve duzlanır. Salat hazırlanacaq boşqaba birinci kartof yayılıb üzərinə xama ve mayonez qarışımı çəkilir. Sonra isə qalan erzaqlar bu qayda ile kartofun üzerinden qat-qat düzülür.Hər qatın arasına da nar dənələri tökülür. Nar formasına salınıb, üstü çuğundur və nar dənələri ilə bəzədilir.

Nuş olsun!

Resept üçün Afaq xanıma minnətdarıq.

 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий