Limonlu keks

Порций: 10 dilim   Время приготовления: 1 saat

limonlu keksƏn sadə tərkibli Limonlu Keks resepti bizdə...

Ərzaqlar:

  • 3 ədəd yumurta
  • 1 st şəkər tozu
  • yarım st qatıq
  • yarım st duru yağ
  • 1 ədəd iri limon
  • 2 st un
  • 1 paket qabartma tozu
  • 1 paket vanil

Haazırlanma qaydası:

3 yumurtaya 1 stəkan şəkər tozunu az-az əlavə edərək, mikserlə çalın. Qatıq və duru yağ da töküb, qarışdırın. Limonun qabığını, yarım limonun şirəsini əlavə edib, yenidən qarışdırın. Digər bir qabda 2 stəkan una qabartma tozu və vanil səpib, birgə ələyin. Unu yumurtalı qarışıma yavaş-yavaş əlavə edin. Alınan keks xəmirini yağlanıb,unlanmış və ya yağlı kağız sərilmiş istənilən formalı keks qəlibinə töküb, 170 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin.

Nuş olsun!

limonlu keks

Resept üçün Liza xanıma təşəkkür edirik.

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий