Limonlu keks

Порций: 8 nəfərlik   Время приготовления: 20 dəqiqə

944914_1137100232987709_1516274814753120509_nQoxusuyla könlünüzü oxşayacaq, qısa müddətdə hazırlaya biləcəyiniz, böyükdən kiçiyə hər kəsin çox sevəcəyi Limonlu keks reseptini təqdim edirik. Keksinizə fərqli bir ətir qatmaq istəyirsinizsə limon qabığı çox yaxşı fikirdir. 

Tərkibi:

  • 200 qram şəkər tozu
  • 2 ədəd yumurta
  • 2 ədəd limon(həm rəndələnmiş qabığı,həm də sıxılmış şirəsi)
  • 165 ml süd
  • 165 ml duru yağ
  • 200 qram un
  • 1 ç/q qabartma tozu

Hazırlanma qaydası:

Öncə yumurta, şəkər tozu ilə yaxşıca çırpılır. Limonların qabığı rəndələnir və şirəsi sıxılır. Ayrı qabda süd, yağ, limon qabığı və limon şirəsi qarışdırılıb kütləyə əlavə edilir. Qabartma tozu və un əlavə olunub qarışdırılır.180 dərəcə qızdırılmış sobada 10-12dəqiqə bişirilir.

Nuş olsun!


944914_1137100232987709_1516274814753120509_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий