LİMONLU PİROQ

Порций: 8 nəfərlik   Время приготовления: 1 saat

2015-11-30 22.08.24_resized
Düşünürəm ki, limon dünyanın möcüzələri sırasındadır. Bu sitrus meyvəsinin insan orqanizminə faydası saymaqla bitmir. Limon Vitamin C,kalsium, maqnezium mənbəyi olmaqla yanaşı, həmçinin güclü antibakterial xarakterə malikdir. Vətəni Hindistan, Çin sayılan bu meyvə zəngin iqlimə malik vətənimizdə də yetişdirilir. Limon kosmetalogiya, kulinariya, farmaseptika və digər sahələrdə geniş istifadə olunur. Bugünsə biz limondan piroq hazırlayırıq. Üstəlik qabığını da atmırıq. Limonlu piroqu hazırlamaq üçün bizə lazım olacaq:

2 ədəd limon
300 qr şəkər tozu
180 qr yumuşaldılmış kərə yağı
2 ədəd yumurta
350 qr un
yarım qaşıq soda
1 çimdik duz
200 ml qatıq
20151112_183038_resized
Limonların qabığını sürtgəcdən keçiririk, həmçinin 2 xörək qaşığı limon suyu sıxıb bir kənara qoyuruq. Artıq yumuşaldılmış kərə yağını mikserlə qarışdırırıq. Üzərinə növbə ilə şəkər tozunu, yumurtaları və limon qabığını da əlavə edib yenə qarışdırırıq. 20151119_200759_resized
Kənarda un və sodanı ələkdən keçirib, üzərinə duz səpirik. Qaşıqla yavaş- yavaş unu, qatığı, və limon suyunu eyni vaxtda qarışıma əlavə edib yenə mikserlə çalırıq. Alınmış xəmiri piroqu bişirəcəyimiz qaba töküb, artıq isidilmiş sobada 30 dəqiqə bişiririk. Sobanı əvvəlcədən qızdıranda, xəmir daha yaxşı şişir.
20151115_145845
Piroqu çay və ya kofe ilə süfrəyə vermək olar.
2015-11-30 22.08.24_resized
Əziz sayt ziyarətçilərimiz, hər gün yeni reseptlərlə tanış olmaq üçün saytımıza üzv olun.

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий