Lobya paşteti

Порций: 8 nəfərlik   Время приготовления: 7 saat

lobya paştetiSon dövrlərdə aparılan araşdırmalar nəticəsində bəlli olub ki, ən faydalı qidalar qabıqlı meyvələr və paxlalı bitkilərdir. Paxlalı bitkilər sırasına noxud, mərci, soya, lobya və s. daxildır. Bu bitkilər bir çox xəstəliklərin o cümlədən xərçəngin dərmanı sayılır, bundan əlavə artıq çəkidən azad olmanız üçün ideal qida növüdür. Həmçinin uzun müddət tox tutur. Paxlalı bitkilərin mənfi cəhəti uzun müddətə bişməsidir. Düşünürəm ki, vitamilər və digər faydalı elementlərlə zəngin paxlalıların bu xüsusiyyəti bağışlanılandır. Bugün isə sizinlə lobya paşteti hazırlayacağıq.

 

Lazım olan ərzaqlar:

  • 400 qr lobya
  • 150 qr qoz
  • 2 diş sarmısaq
  • 1 xörək qaşığı reyhan qurusu (keşniş toxumu ilə əvəzləmək olar)
  • 50 qr yumuşaldılmış kərə yağı
  • Duz, istiot

Lobyanı yaxşı yuyub, təmizləyib,gecəden soyuq suda saxlayırıq. Səhər suyunu süzüb üzərinə yenidən təmiz su tökürük. Orta odda bişməyə qoyuruq. Bişmə prossesi 4 saatadək çəkə bilər. Lobyalar yumuşalan kimi ocaqdan götürüb, soyumağa qoyuruq. Suyundan 1 stəkan saxlayırıq ki, paştet quru olsa üzərinə əlavə edək (mən yarım stəkan su istifadə etdim).

Sonra lobyanı, qozu, sarmısağı ya ətçəkən maşından bir neçə dəfə keçiririk, ya da blenderlə əzirik. Üzərinə lobyanın suyunu, reyhan qurusunu, duz və istiotu əlavə edib qarışdırırıq. Paşteti 2 saat soyuducuda saxlayırıq. Nəhayət folqanın üzərinə səliqə ilə qoyub arasını yağlayırıq. Ehtiyyatla büküb ciyər paşteti kimi hazır edirik. Lobya paşteti soyuq halda süfrəyə verilir. Nuş olsun!

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий