Lobyalı piroq

Порций: 5 nəfərlik   Время приготовления: 1 saat

PiroqLobya sevənlər üçün möhtəşəm dadlı piroq.

 

 

Ərzaqlar:

  • Yumurta - 1 ədəd
  • Lobya (ağ və ya qırmızı) -1 st
  • Qoz- 5 xq
  • Kərə yağı– 2 xq
İçi üçün:
  • Badımcan -1 ədəd
  • Soğan -1 ədəd
  • Şüyüd
  • Bibər(qırmızı) -1 ədəd
  • Duz

Hazırlanma qaydası:

Lobya bişirilmədən bir gün öncə isladılır. Səhəri gün yuyulur və qaynadılır.

Suyu süzülüb, soyuduqdan sonra əzilir. Üzərinə yumurta, 4 x/q xırda-xırda doğranmış qoz, kərə yağı və duz əlavə edilərək qarışdırılır.

Hazır qarışım yağlanmış soba qabına tökülüb, yayılır. 20 dəqiqə soyuducuda saxlanır.

Badımcanların qabıqları soyulur kub şəklində doğranılır. Duzlu suda 5 dəqiqə saxlandıqdan sonra suyu sıxılır. Soğan doğranılır və duru yağda azacıq qızardılır, üzərinə badımcanlar əlavə edilərək, bir az bişirilir.

Soyuduqdan sonra üzərinə halqavari doğranmış bibər və doğranmış şüyüd əlavə edirik.

İçlik lobyanın üzərinə səpilir. Üstünə  1 x/q qoz tökülür. Zövqə görə rəndələnmiş holland pendiri də əlavə etmək olar.

Piroq 180 dərəcə qızdırılmış sobada,  üzəri qızarana qədər bişirilir.

Nuş olsun!

lobyalobyalı piroq

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий