Lobyalı plov

Порций:   Время приготовления: 4 saat

Lobyali PlovDuzlu balıqlı, Lobyalı plovun hazırlanma qaydası ilə tanış olun.

Ərzaqlar:

Plov üçün:
  • 500qr uzun düyü
  • 150 qr əridilmiş kərə yağı
  • 200 qr lobya
Qazmaq üçün:
  • 2 xörək qaşığı  xama
  • 4 xörək qaşığı un
  • 1 ədəd yumurta 
  • sarökök, duz
Plovun yanında yemək üçün:
  • hisə verilmiş duzlu balıq

Hazırlanması:

Lobyanı öncədən bişirib suyunu süzürük. Üzərindən təmiz su axıdıb, kənara qoyuruq. Düyünü adi qaydada duzlu suda bişiririk. Düyünü süzənə yaxın, üzərinə bişmiş lobyanı əlavə edirik. Biraz qarışdırıb, süzürük. Un, xama və yumurtanı qarışdırıb, üzərinə duz və sarıkök səpirik. Qazmaq hazırdır. Qazanın dibinə qazmağı yayıb, lobyalı düyünü tökürük. Üzərinə əridilmiş kərə yağı səpib, plovu dəmə qoyuruq. 1 saat dəm aldıqdan sonra Lobyalı povumuz hazırdır. Lobyalı plov süfrəyə hisə verilmiş duzlu balıqla və ya şəkər tozu ilə verilir. Nuş olsun!

Resept üçün Liza xanıma minnətdarıq.


 Lobyali Lpov2

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий