Lokum

Порций: 25 ədəd   Время приготовления:

FB_IMG_1457393091664Lokum, Şərq mətbəxinin ən qədim və sevilən şirniyyatıdır. Bu təamı evdə hazırlamaq isə, olduqca asandır.

Tərkibi:

  • 1 litr süd
  • 1 stəkan un
  • 1 stəkan şəkər tozu
  • 1 ç/q vanıl
  • 2 x/q kərə yağı
  • 200 qr kokos yonqarı
  • badam və araxis

Lokumun hazırlanma qaydası:

 1  Süd, un və şəkər tozunu qarışdırıb, ocağın üzərində qatılaşanadək bişiririk. Qarışım ağırlaşanda ocaqdan götürüb, içərisinə yağ və vanil əlavə edirik. 10 dəqiqə mikserlə çırpırıq.   2  Düzbucaqlı formalı qabın içərisinə kokos yonqarı səpirik. Qarışımı qaşıqla yonqarın üzərinə eyni qalınlıqda tökürük. Bir neçə saat soyuducuda saxlayırıq.  3  Lokum bərkidikdən sonra, soyuducudan çıxarıb, ortadan eninə doğru kəsirik. Yonqarla birgə hər iki hissəni ehtiyyatla rulon formasında bükürük. Rulonları təxmini 5 sm ölçüdə kəsib, yenidən kokos yonqarına batırırıq. Üzərini zövqə görə badam, araxis, findiqla bəzəyib, süfrəyə veririk. NUŞ OLSUN!
20160307_194303_resized20160307_195334-1_resized20160307_200256-1_resized20160307_200555-1_resizedFB_IMG_1457393091664
Loading...
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий