lslak kek (brauni)

Порций: 10 nəfərlik   Время приготовления: 45 dəqiqə

ıslak kekƏziz dostlar, yəqin ki, ıslak kek kimi tanıdığımız bu şirniyyatı sevməyən yoxdur.  Lakin bəzilərimiz kekin üzərinə tökülən sousda yumurtanın çiy olmasından ehtiyyat edib, bu ləzzətdən özünü məhrum edir. Təqdim edəcəyim reseptdə bu problem  həllini tapdığına görə, rahatlıqla bişirib, doğmalarınızı sevindirin.

Islak keki hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 3 ədəd yumurta
  • 1,5 stəkan süd
  • 1,5 stəkan şəkər tozu
  • 1 stəkan bitki yağı
  • 2 stəkan un
  • 25 qr kakao
  • vanil, qabartma tozu
  • sousu bişirmək üçün yarım stəkan süd

Hazırlanma qaydası:

Islak kek və ya brauninin hazırlanma qaydası olduqca asandır.

1 Öncə  yumurtalar və şəkər tozunu mikserlə çalırıq. Üzərinə kakao, süd və yağı əlavə edib, 5 dəqiqə də qarışdırırıq. Sonra bu qarışımdan 1 stəkan ayırıb, yerdə qalanının üzərinə un, vanil və qabartma tozu səpirik. Yaxşıca qarışdırıb, soba qabına tökürük. 200 dərəcədə 30 dəqiqə bişiririk.

2 Ayırdığımız 1 stəkan qarışıma yarım stəkan süd əlavə edib, bir buğum qaynadırıq. Beləcə sousumuz bişmiş olur və yumurtalar çiy qalmir.

3 Kekimiz hazır olduqdan sonra sobadan çıxarıb, 10 dəqiqə soyumağını gözləyirik. Sonra hazırladığımız sousu üzərinə töküb, istəyə görə qozla bəzəyirik. 30 dəqiqə də gözləyib,  ıslak keki süfrəyə verə bilərsiniz. NUŞ OLSUN!


kakaosousxəmirıslak kek

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий