Manqal salatı

Порций: 6 nəfərlik   Время приготовления: 1 saat

manqal salatıArtıq bayram günlərini geridə qoyduq. Bu günlər ərzində çoxumuz yüksək kalorili salatlar hazırlayıb, iştahla yedik. İndi isə alınan artıq kiloları itirmək zamanıdır. Mayonezsiz hazırlanan ləzzətli və dietik salat axtarışındasınızsa bu resept məhz sizin üçündür.

Manqal salatı hazırlamaq üçün aşağıdakı ərzaqlardan istifadə edəcəyik:

Ərzaqlar:

  • 2 ədəd badımcan
  • 4 ədəd pomidor
  • 3 ədəd bibər (qırmızı, sarı və yaşıl)
  • 1 baş qırmızı soğan
  • 1 diş sarmısaq
  • 3 x/q zeytun yağı
  • göyərti(zövqə görə)
  • duz, istiot
 

Hazırlanma qaydası:

Badımcan, pomidor və bibərləri manqalın üzərində közdə (manqalınız yoxdursa sobada, dəmirin üzərində) bişiririk. Badımcanları və pomidorları qabığından ayırıb xırda-xırda doğrayırıq.  Bibərlərin qabığı qalın deyilsə soymağa lüzum yoxdur, sadəcə doğrayın. Bütün tərəvəzləri bir qaba əlavə edirik. Üzərinə xırda doğranmış soğanı, göyərtini və sarmsağı da töküb, zeytun yağı, duz və istiot səpirik. yaxşıca qarışdırıb, soyumağını gözləyirik. Manqal salatı hazırdır. NUŞ OLSUN!


manqal salatı

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий