Ev şəraitində mayonezin hazırlanma qaydası

Порций: 1 kasa   Время приготовления: 30 dəqiqə

13254161_1165658710131861_8704443056636599123_nSalatların ləzzətli tərkib hissəsi olan mayonezi evdə özünüz hazırlaya bilərsiniz. 

Tərkibi:

  • 1 ədəd yumurta
  • 1 çay qaşığı xardal
  • 1 stəkan duru yağ (məsələn, zeytun yağı)
  • 1 çimdik duz
  • 1 çay qaşığı limon suyu və ya sirkə
  • 1 qaşıq qaynar su

Hazırlanma qaydası:

Otaq temperaturunda olan yumurtanı dərin və təmiz bir qaba sındırın. Üzərinə duz, limon suyu və qaynar suyu sürətlə əlavə edib, köpüklənənədək mikserlə qarışdırın. Duru yağı və xardalı da, yavaş- yavaş qarışıma tökərək, dayanmadan mikserlə çalmağa davam edin. Kütlə getdikcə bərkiməyə başlayacaq. Yaxşıca qatılaşandan sonra, mayonez hazırdır. Evdə hazırlanan mayonezi ən çox 2 və ya 3 gün ərzində istifadə etmək olar

NUŞ OLSUN!


 13254161_1165658710131861_8704443056636599123_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий