Mayonezsiz hazırlanan 3 ən dadlı salat reseptləri

Порций:   Время приготовления:

PENDİRLİ_SALATArtıq mayonezli salatlar dövrü geridə qaldı. Süfrələrinizi Sizin üçün seçib, topladığımız azkalorili, doyumlu və tezhazırlanan mayonezsiz salatlarla bəzəyin.

Lazım olan ərzaqlar:

1. Pendirli, tərəvəzli salat
  • 3 ədəd pomidor
  • 3 ədəd xiyar
  • 200 qr bolqar bibəri
  • 200 qr ağ pendir
  • 10-15 ədəd çəyirdəksiz zeytun
  • zövqə görə bir ovuc doğranmış göyərti
  • duz, istiot
  • 3 x/q bitki yağı
  • 2 x/q limon suyu
  • 1 baş qırmızı soğan
2."Rəngarəng" salatı
  • 200 qr pekin kələmi
  • 200 qr xiyar
  • 100 qr yerkökü
  • 50 qr konservləşdirilmiş qarğıdalı
  • duz, istiot
  • bir neçə qaşıq bitki yağı
  • 5-6 ədəd kahı yarpağı
3. Yerkökü salatı
  • 500 qr yerkökü
  • 200 qr xiyar
  • 1 diş sarımsaq
  • 1 çimdik zəncəfil
  • 6 x/q  bitki yağı
  • duz, istiot
  • 1 ç/q küncüt 

Hazırlanması:

1. Pendirli, tərəvəzli salat

Xiyarları, nazik və uzunsov, pomidorları isə kub şəkilində doğrayın. Bibərlərin də tumlarını təmizləyib, uzunsov doğrayın.  Limon suyu və bitki yağını da qarışdırıb, sous hazırlayın. Duz və istiot da töküb, qarışdırın. Hazırladığınız sousu da salatın üstünə tökün. Xırda doğranmış göyərti, yarımhalqa qırmızı soğan və kub şəkilində kəsilmiş pendiri də salata əlavə edib, qarışdırın.  Sonda salatın üzərinə zeytunları da tökün. Pendirli və tərəvəzli salatı süfrəyə verə bilərsiniz.

PENDİRLİ_SALAT

2. "Rəngarəng" salatı

Pekin kələmini suda biraz yuyub, qurutduqdan sonra, taxta lövhənin üzərində kiçik kvadratlar şəkilində kəsin. Xiyarları da yaxşıca yuyub, qabıqlı və ya qabıqsız kiçik kub formasında kəsin. Yerkökünü də yuyub, qabığından ayırın. Onu da eynilə xiyarı doğradığınız formada kəsin. Daha asan üsul axtarırsınızsa, yerkökünü sürtgəcin iri gözündən rəndələyə də bilərsiniz. Kahı yarpaqlarını da əlinizlə kəsib, salatın üzərinə əlavə edin. Konservləşdirilmiş qarğıdalı, duz, istiot və bitki yağı da səpib, qarışdırın. Rəngarəng salatınız hazırdır.

RENGARENG_SALATI

3. Yerkökü salatı

Yerkökünü sürtgəcin iri gözündən keçirdin. Xiyarların da qabıqlarını soyub, uzun və incə doğrayıb, yerkökünə əlavə edin. Üzərinə doğranmış sarımsaq töküb, ədviyyatlar və yağı da tökün. Süfrəyə verərkən zərinə küncüt səpməyi unutmayın.

YERKOKU_SALATİ

NUŞ OLSUN!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий