“Mələyin göz yaşları” tortu

Порций:   Время приготовления:

MELEYIN_GOZ_YASHLARI1Sizə sehirli kəsmikli tort resepti təqdim edirik. Bu şirniyyatın əsrarəngizliyi ondadır ki, tort tam soyuduqdan sonra üzərində sarıyaçalan mirvari- gözyaşları yaranır. Siz də sınamaq istəyirsinizmi? O zaman, durmadan "Mələyin göz yaşları" şirniyyatını bişirin.

Ərzaqlar:

  • 1 stəkan un
  • 1 çay qaşığı qabartma tozu
  • 80 qr yağ
  • 2 xörək qaşığı şəkər tozu
  • 1 yumurta
İçlik üçün:
  • 500 qr kəsmik
  • 0,5 stəkan şəkər tozu
  • 3 yumurta sarısı
  • 1 xörək qaşığı manna yarması
  • 100 qr xama və ya qatı qaymaq
  • vanil
Sufle üçün: 3 yumurta ağı 3 xörək qaşığı şəkər kirşanı  

Hazırlanması:

Un və qabartma tozunu qarışdırıb soyuq kərə yağını üzərinə rəndələyib, umac hazırlayın. Yumurtanı şəkər tozu ilə bir qabda çalın. Yumurtalı kütləni umacla qarışdırıb, xəmir yoğurun. Hazır olan xəmiri streç sellofana büküb, 30 dəqiqəlik soyuducuya qoyun. İçlik üçün kəsmik, şəkər tozu, yumurta sarısı, manna yarması, vanil və xamanı blenderlə qarışdırın. Sufle üçün yumurta ağını bərkiyənədək mikserlə çırpın. Üzərinə az-az şəkər kirşanı əlavə edərək çalmağa davam edin. Soyuducudan xəmiri çıxarıb, diametri 24 sm olan formaya 0,5 sm qalınlığında yayın.Üzərinə kəsmikli içliyi tökün. 180 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə bişirin. Daha sonra formanı sobadan çıxarəb üzərinə sufle içliyini töküb daha 10-15 dəqiqə bişirin(qızılı rəng alanadək).Sobanı söndürüb,qapısını açın və bu vəziyyətdə soyumağa qoyun. 40 dəqiqə sonra çıxarıb tam soyuyanadək kənarda saxlayın. Tam soyuduqdan sonra üzərində göz yaşları görsəniz, tortunuzun şəkilini çəkib, bizimlə bölüşün.

NUŞ OLSUN!


meleyin_goz_yashlari_tortu

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий