Mərci plov

Порций: 5 nəfərlik   Время приготовления: 80 dəq

suzulmesiPlov milli kulinariyamızın incisi sayılır. Mərci plov isə ən çox sevilən aş növlərindən biridir.

 

 

 

Plovun tərkibi:

  • 4 stəkan düyü
  • 1,5 stəkan mərci (yaşıl və ya qırmızı)
  • 250  qr yağ
  • duz
Qazmaq üçün:
  • 1 yumurta
  • 2 x/q qatıq
  • qaynanmış düyü
  • yağ
  • sarıkök

Hazırlanması:

Plovu bişirməzdən bir gün öncə mərci təmizlənir, yuyulur və təqribən 7-8 saat  isladılır. Sonra duzlu suda mərci bir az bişirilib, süzülür. Plov bişirmək üçün, düyü təmizlənib, duzlu suda islağa qoyulur.  Düyünü islatmaq mütləqdir, o zaman daha tez bişir. Qazanda su qaynadılır. Su qaynadıqdan sonra duz və düyü tökülüb, bişirilir.  Düyü bişənə yaxın, ocaqdan götürüb aşsüzənə tökülərək, süzülür. Bişmə müddəti təxminən 10 dəqiqədir. Sonra mərci düyünün üstünə əlavə edilir.  Qazanın dibinə ərimiş yağ tökülür. Sonra bir qədər bişmiş düyüdən götürüb yumurta sarıkök və qatıq ilə  qarışdırıb qazanın dibinə əlavə edilir. Qazmaq qazanın dibinə tam şəkildə yayılır və düyü və mərci qarışımı yavaş-yavaş  əlavə edilib, üzərinə əridilmiş yağ və sarıkök səpilir. Zəif odda dəmə qoyulur . Plov təxminən 50-60 dəqiqə ərzində bişir. Mərci plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür.

Nuş olsun!


20151123_172327Плов с курицей,тыквой и изюмомsuzulmesimərci plov

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий