Mərcimək şorbası

Порций: 2 litr   Время приготовления: q saat

13117851_481458008727231_1527151197_nSaymaqla faydası bitməyən mərcimək, hələ lap qədim dövrdən insanların qida rasionuna daxil olub. O zamanlar, mərcimək unundan çörək də bişirilirdi. İllər keçdikcə, bu faydalı qida növündən hazırlanan xörəklərin sayı da, artmağa başladı. Məsələn  mərcimək şorbasının onlarla növü var.  Həmin reseptlərin biri ilə, Sizi tanış edirik.

Ərzaqlar:

  • 1 stəkan qırmızı mərcimək
  • 2 xörək qaşığı əridilmiş kərə yağı
  • 1 çay qaşığı un
  • 1 xörək qaşığı tomat
  • 2 baş soğan
  • Duz, istiot, nanə qurusu və ya digər göyərtilər
  • 2 litr su

Hazırlanması:

Öncə mərciməyi təmizləyib, yuduqdan sonra isti suda islağa qoyun. Soğanı xırda-xırda doğrayın.  Üzərinə duz və kərə yağı əlavə edib, qızılı rəng alana qədər qovurun. Üzərinə tomat əlavə edib, 3 dəqiqə də qızardın. Suyu süzülmüş mərciməyi və unu, soğanın üstünə töküb 2-3 dəqiqə qovurun. Qovurduqdan sonra, 2 litr su əlavə edib, zövqə görə duz və istiot səpib, bişirin. Hazır şorbanı istəyə görə blenderlə əzə bilərsiniz. Mərcimək şorbasının üzərinə nanə qurusu, limon suyu, rəndələnmiş pendir və s. səpib, süfrəyə vermək olar.

Nuş olsun!


13117851_481458008727231_1527151197_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий