Mətbəxdə işimizi asanlaşdıracaq hiylələr

Порций:   Время приготовления:

Mətbəxdə işinizə yarayacaq bu məsləhətləri başqa yerdə tapmayacaqsınız. Odur ki məqaləmizi səhifənizdə paylaşmağı təklif edirik.

1.Birdəfəlik kağız boşqabı mikserin dəmirlərinə keçirərək, qarışdırdığınız kütlənin sıçramasının qarşısını ala bilərsiniz.

mikser

2.Nazik şokolad dilimlərini qabıqtəmizləyənlə kəsərək əldə edə bilərsiniz

shoko

3.Göyərtini yuyub qurutduqdan sonra, salfetlərə büküb, ağzıbağlı şüşə konteynerlərdə saxlayın. Bu üsulla göyərti daha gec xarab olur.

zelen

4.Əsil qurmanlar bilir ki, göbələyi suyun altında çıx yuyanda dadını və ətirini tez itirir. Odur ki, göbələklərin üzərini nəm parça ilə təmizləmək daha doğru olar.

gobelek

5.Mətbəxdə əsas problemlərdən biri də, tez qaralan bananlardır. Mağazadan alıb evə gətirər-gətirməz banaların üzərində qara ləkələr yaranmağa başlayır. Bunun da sadə çözümü var. Bananların quyruqlarını ərzaqlar üçün olan sellofana büküb saxlayın.

banan

6.Səhər yeməyi üçün nəzərdə tutulan qarğıdalı lopaları paketin ağzı açılandan bir neçə gün sonra xırçıltısını itirir. Onlara əvvəlki dadını geri qaytarmaq üçün yeməzdən öncə 5 dəqiqə soba sinisinə töküb, isti sobada saxlayın.

sobaa

7.Tava və qazanınızın içi çox çirklənib? Özünüzü yormayın. İçinə sirkə töküb, orta odda yanan ocağın üzərinə qoyun. Həm vaxtınıza, həm də gücünüzə qənaət edin.

qazan

8.Mürəbbə və s. şirniyyatların dibindəki qalığın üzərinə yulaf kəpəyi səpib, qarışdırın. Həm qənaət edin, həm də dadlı səhər yeməyi yeyin.

kəpək

9.Soğan doğrayarkən ağlamaq istəmirsinizsə, taxta dəzgahın üzərini öncədən limonla silin.

limon

10.Altı yanmış qurabiyələri yüngülcə sürtgəcdən keçirin. Əmin ola bilərsiniz ki, heç nə bilinməyəcək.

sürtgec

 

Mənbə: adme.ru

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий