Meyvəli peçenye tortu

Порций:   Время приготовления:

Dəyərli izləyicilərimiz, bacarıqlı aşpazlar, çox sadə peçenye tortu reseptini təqdim edirik. Bu reseptdə çiyələkdən istifadə etmişik. Siz digər meyvə və giləmeyvələrlə də hazırlaya bilərsiniz. Ümumiyyətlə meyvədən istifadə etməmək də olar.

tort1

Ərzaqlar:

  • 2 paket sadə petibör peçenye
  • 3 stəkan süd
  • 2 paket pudinq
  • 1 paket krem şanti
  • 80 qr şokolad
Üzəri üçün:
  • 1 paket krem şanti (hazırlamaq üçün süd)
  • 1 stəkan çiyələk püresi,
  • 1 xörək qaşığı nişasta
  • 1 stəkan su
  • 2 xörək qaşığı şəkər tozu

Hazırlanması:

 Öncə pudinqlər südlə hazırlanır. Ocaqdan götürdükdə şokolad əlavə edilib qarışdırılır və soyudulur. Soyuduqda krem şanti əlavə olunub mikserlə çırpılır. Peçenyelər südə batırılır(zövqə görə südə batırmayada bilərsiniz) və peçenyelərə pudinq sürülür. Növbə ilə dik formada biskvit qəlibinin içinə düzülür.Qalan pudinq üzərinə sürtülüb soyuducuya qoyulur.

puding1

Bu arada çiyələkli sousu hazırlayaq. Blenderlə əzdiyimiz 1 stəkan çiyələk püresinə nişasta, su və şəkər tozu əlavə edib qarışdıraraq bişiririk. Kənara soyumağa qoyuruq. 1 paket krem şantini südlə birgə mikserlə çalırıq. Tortu soyuducudan çıxarıb üzərinə krem şanti yaxırıq. Qəlibin kənarı çıxarılıb krem şanti tortun kənarlarına da sürtürük.

shanti

Üzərinə çiyələkli sous da töküb, zövqə görə bəzəyirik. 1 gün soyuducuda saxlayırıq. Ertəsi gün tortumuzu süfrəyə verə bilərik.

tort1  
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий