“Milka” tortu

Порций:   Время приготовления:

milka_tortu1"Milka" tortunun resepti ilə tanış olun.

 

Tərkibi:

Biskvit üçün:
  • 4 ədəd yumurta
  • 4 x/q şəkər tozu
  • 4-5 x/q un
  • 1 ç/q qabartma tozu
  • 3 x/q kakao
  • 4 x/q isti su
Krem üçün:
  • 670 ml süd
  • 70 qr kartof nişastası
  • 2,5 x/q şəkər tozu
  • 70 qr ağ şokolad
  • 170 qr kərə yağı
  • 100 qr şəkər kirşanı
Şokoladlı krem üçün:
  • 140 qr südlü şokolad digərləri də olar)
  • 3 x/q süd
  • 2 x/q şəkər tozu (əlavə etməyə də bilərsiniz)
  • 100 qr kərə yağı
 

Hazırlanması:

Biskvit üçün şəkər tozu və yumurtanı ölçüsü artanadək mikserlə çalın. Un, qabartma tozu və kakaonu qarışdırıb, yumurtalı kütlənin üzərinə ələyin.Taxta qaşıqla aşağıdan yuxarıya qarışdırın. Sonda suyu da töküb,qarışdırmağa davam edin. Xəmiri perqament kağız sərilmiş, kənarı açılan biskvit qabına töküb, bişirin.180 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin. Hazır biskviti 10 dəqiqə gözlədib, sonra soba qabından çıxardın.Tam soyudub, ortadan eninə istiqamətdə iki hissəyə ayırın.

Kremi hazırlayın. 100 ml südü şəkər tozu və nişasta ilə qarışdırın. Yerdə qalan 570 ml südü qazana töküb, üzərinə ağ şokolad doğrayıb, tökün. Ocağın üzərinə qoyub, daim qarışdırın. Ocağın dərəcəsini azaldıb,unu da əlavə edin. Pudinq qatılığına çatanadək, qarışdıraraq bişirin. Kütləni ocağın üzərindən götürüb, soyudun. Kənarda mikserlə çalınmış şəkər tozu və kərə tozu qarışımını kremə əlavə edin. Kremi bir neçə dəqiqə mikserlə qarışdırın və hazırdır.

Şokoladlı krem üçün nəzərdə tutulmuş bütün ərzaqları qarışdırıb, qazana tökün. Su hamamında qarışdıraraq əridin. Kremi soyudun, lakin çox qatılaşmasına imkan vermədən istifadə edin. Biskvitin birinci hissəsini yenidən kənarıaçılan biskvit qabına qoyub, üzərinə kremin yarısını çəkin. Soyuducuda gözlədin. Sonra yenidən biskvitin ikinci hissəsini qoyub yerdə qalan kremi də əlavə edin. Soyuducuda krem bərkiyənədək yenidən saxlayın. Sonra şokoladlı kremi də üzərinə çəkib, yenə bir neçə saatlıq soyuducuda saxlayın. Hazır tortun kənarlarını isti suda yuyulmuş nəm bıçaqla qabdan ayırıb, qabın kənarını ehtiyatla açın. Dilimlərə bölüb süfrəyə verin.

NUŞOLSUN!

milka_tortu
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий