Yeni il mimoza salatı

Порций: 6   Время приготовления: 45 dəq

Əziz kulinarlar, yeni il üçün ideyalar mövzumuz davam edir. Bugun sizinlə birgə mimoza salatı üzərində qar adam forması yaratmağa çalışacağıq. Öncədən qeyd edim ki, bu dekoru istədiyiniz salatın üzəridə hazırlaya bilərsiz. Mən mimozanı seçdim. 

yeni il salati

 

Mimozanı hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 3 ədəd kartof
  • 4 ədəd yerkökü
  • 2 ədəd yumurta
  • 1 toyğun döş əti
  • 2 ədəd turşu xiyar
  • surtgəcdən keçirilmiş 100 qr holland pendiri
  • Duz, istiot, mayonez
DEKOR üçün
  • 1 ədəd yaşıl bibər
  • 1 ədəd bişmiş yerkökü
  • 4 ədəd yumurtanın ağı
  • 1 ədəd pomidor
  • Konservləşdirilmiş qarğıdalı
  • Konservləşdirilmiş qara zeytun

Mimozanı hazırlamaq üçün bişmiş kartof, yumurtanın sarısı, yerkökünü növbə ilə sürkgəcdən keçirib arasına duz, istiot və mayonez səpin. Sonra didilmiş döş əti, xırda doğranmış turşu xiyar və rəndələnmiş holland pendirini eyni qaydada salatın üzərinə düzün. Salatı bıçaq və əlinizlə qar adam formasına gətirin. Daha sonra yumurtanın ağını sürtgəcin xırda gözündən keçirib salatın üzərini onunla örtün. Göz, qaş və düymələri konservləşdirilmiş zeytunla düzəldin. Pomidorla qar adamın ağzını, yerkökü ilə burun və şərfini hazırlayıb yapışdırın. Fantaziyanızı işə salıb başqa tərəvəz və meyvələrdən bəzək kimi istifadə edə bilərsiniz.

Əziz sayt izləyicilərimiz, əgər sizin də maraqlı əl işləriniz varsa lütfən bizimlə bölüşün.


mimoza salati 20151212_144046_resized 20151212_144046_resized 20151212_144046_resized 20151212_144046_resized

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий