Min bir dərdin dərmanı “Qarpızlı zəncəfilli detoks”

Порций: 2 nəfərlik   Время приготовления: 10 dəqiqə

скачанные файлы (13)Təbiətdə bədəni xüsusən də böyrəkləri təmizləyən məhsullar çoxdur. Qarpız isə onların içində ən effektividir. Sadəcə düzgün hazırlanma qaydasını bilmək kifayətdir. Təqdim edəcəyimiz Qarpızlı və zəncəfilli detoks resepti dünyanın ən peşəkar dietoloqlarının yeniliyidir. Bu şirə həmçinin, xərçənglə mübarizədə əvəzsiz dərmandır. Detoksun dəqiq hazırlanma və istifadə qaydası ilə tanış olun.

Lazım olan ərzaqlar:

  • 5 fincan kiçik doğranmış qarpız dilimi
  • təzə zəncəfil kökü (təxmini 5 sm)
  • 1 ədəd qabığı soyulmuş laym(yaşıl limon)
  • 4 ədəd nanə yarpağı

Hazırlanma qaydası:

Bütün ərzaqları şirəsıxan maşından keçirin. 5 dəqiqə kənarda gözlətdikdən sonra için. Olduqca ləzzətli bu detoks həmçinin sərinləşdirici yay içkisidir. Onu da qeyd etmək lazımdır ki, Qarpızlı zəncəfilli şirəni günün ilk yarısı içmək daha məqsədə uyğundur.

Sağlam olun!

qarpizli_zencefilli_detoks

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий