“Möhtəşəm Markiza” tortu

Порций:   Время приготовления:

5555Bəzən bahalı şirniyyat mağazalarından aldığımız dadlı şirniyyatların reseptini öyrənmək istəyirik. Bugün sizə çox məşhur Markiza tortunun hazırlanma qaydasını təqdim edəcəyik. Bu tortu bişirdikdən sonra axtardığınız reseptin bu olduğunu anlayacaqsınız.

Lazım olan ərzaqlar:

Keksi üçün:
  • 300 qr marqarin
  • 3 yumurta sarısı
  • 480 qr un
  • 1 çay qaşığı qabartma tozu
  • 150 qr qoz
Qatların arası üçün:
  • 3 yumurta ağı
  • 1 stəkan şəkər kirşanı
  • 2 qaşıq limon suyu
Krem üçün:
  • 1 banka bişmiş qatılaşdırılmış süd
  • 300 qr kərə yağı
  • 10 qr vanil
Tortu bəzəmək üçün:
  • qovrulmuş fındıq
  • 100 qr acı(tünd) şokolad
  • 100 qr ağ şokolad

Hazırlanması:

Öncə bir qabda un və qabartma tozunu qarışdırıb, marqarini əlavə edib əllərinizlə unla yağı ovuşdurun. Umacın üzərinə, yumurta sarısını da əlavə edib xəmiri yoğurun. Xəmiri 3 hissəyə ayırıb, 3 saatlıq soyuducuda saxlayın. Bişirməmişdən 15-20 dəqiqə əvvəl xəmiri soyuducudan çıxarın. Yağlı bişirmə kağızının üzərinə dairə şəkli çəkib kündənin birini o dairənin içinə əlinizlə yayın.Eyni əməliyyatı digər kündələrlə də təkrarlayın. Kündələrin  üzərinə xırdalanmış qoz səpib yüngülcə xəmirlərin üstünə basın.

13566139_912067195606176_1742345803_n

170 °C  qızdırılmış sobada  azca üzəri qızarana kimi bir-bir bişirin. Bişmiş korjları soyumağa kənara qoyun.

Qatların arası üçün nəzərdə tutulmuş korjların ərzaqlarını 2 hissəyə bölün. Məsələn 1,5 yumurta ağı, yarım stəkan şəkər kirşanı və bir ç/q  limon suyu bir korja bəs edəcək. Böldüyümüz ərzaqları mikserlə yaxşıca çırpıb, köpüklü bərk kütlə əldə edirik.  Keks korjlarını bişirdiyimiz qaydada  yağlı kağızın üzərinə dairə çəkib, kütləni üzərinə töküb, yayırıq. Dairə forması əldə etdikdən sonra 140 dərəcə isidilmiş sobada 10-15 dəqiqə bişiriririk. Korju sobadan çıxarıb, soyumağını gözləyirik çünki isti halda qırıla bilər. Eyni qayda ilə ikinci korju da bişirib, soyuduruq. 

 Kremi üçün qatılaşdırılmış südü kərə yağı və vanillə mikserlə çırpın. Soyuyan keks qatlarını kremləyib üst-üstə qoyun və kənarlarını da kremləyin. Tortun üzərini bəzəmək üçün şokoladı xırdalayıb plastik torbaya töküb qaynar suya salın.Şokolad əridikdə torbanın kiçik bir küncündən kəsib xaotik(səliqəsiz)şəkildə sırayla ağ və qara şokoladla sıxın. Tortun orta qisminin qovrulmuş fındıqla bəzəyə bilərsiniz. Möhtəşəm Markiza tortunu bir neçə saat gözlədim çay süfrəsinə təqdim edə bilərsiniz.

NUŞ OLSUN!


55555554

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий