Monastırsayağı toyuq

Порций: 4 nəfər   Время приготовления: 1 saat

20151218_155404-1_resized (1)
Bu dadlı yemeyi ilk defe 10 il öncə Bakımızın gözəl restonlarından birində yemişəm və o vaxtdan cox sevmişəm. Əgər siz də yeknəsək toyuq xörəklərindən bezmisinizsə bu reseptlə hazırlamağınızı şiddətlə tövsiyə edirəm. 

Monastsayağı toyuğu hazırlamaq üçün bizə lazımdır:

  • 2 toyuğun döş əti
  • 2 ədəd soğan
  • 200 qr göbələk
  • 3 ədəd pomidor
  • 100 qr rəndələnmiş holland pendiri
  • Mayonez, duz, istiot, küri

Hazırlanma qaydası:

Hazırlanma qaydası olduqca sadədir. Öncə sinə ətini yaxşıca yuyub, nazik hissələrə ayırın. Ətdöyənlə birazda nazildib, üzərinə duz, istiot, küri səpin. Soğan və göbələyi yağda qovurun. Ətlərin üzərinə mayonez sürtün. Sonra bu qarışımı da tökün. Üzərinə nazik halqa formasında doğranmış pomidoru əlavə edib, sobada 30 dəqiqə bişirin. Sonra sobadan götürüb, üzərinə pendiri səpin yenə 5 dəqiqə müddətində bişirin. Pendirlər əriyib, biraz da qızılı rəng alanda sobadan çıxarıb istədiyiniz qarnirlə süfrəyə verə bilərsiniz. Həmçinin bu yeməkdə istədiyiniz ətdən istifadə edə bilərsiniz.

Əziz dostlar əgər siz də maraqlı yeməklər hazırlayırsınızsa, lütfən bizimlə bölüşün.


toyuqmayonezgöbələkpomidorpendirmonastırsayağı toyuq

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий