Moruq və badamlı tort

Порций: 10 dilim   Время приготовления: 3 saat

13321718_1173447999352932_9194887641966402037_nBu ləzzətli Moruqlu tort, yay qonaqlıqlarınızın tacı olacaq. Bir növ dondurmanı xatırladan bu tortun reseptini hər kəs Sizdən soruşacaq. Qeyd edək ki, moruq əvəzinə digər giləmeyvələrdən də  istifadə etmək olar.

Tərkibi:

  • 200 qr badam ləpəsi
  • 1 çimdik duz
  • 70 qr tünd şokolad
  • 1 paket vanil
  • 2 çay qaşığı şəkər tozu
Üzəri üçün:
  • 300 qr moruq
  • 30 qr şəkər tozu
  • 1 xörək qaşığı qarğıdalı nişastası
İçlik üçün:
  • jelatin
  • 5 xörək qaşığı su
  • 400 qr kəsmik
  • 150 qr xama
  • 180 qr krem pendir
  • vanil
  • 120 qr şəkər tozu
  • 25 qr çox yağlı qaymaq

Hazırlanması:

Badam ləpəsini qəhvəüyüdən vasitəsilə xırdalayın.Tavada kərə yağını əridin, xırdalanmış badamı bir az qızardın. Şokoladı əlinizlə bölün, isti badamın içinə tökün, qoyun bir az ərisin. 1 çimdik duz və 2 çay qaşığı şəkər tozu əlavə edib qarışdırın. Diametri 24 sm olan soba sinisinə streç selloafan sərib badamlı kütləni formaya tökün.Qaşıqla hamarlaşdırın ki, hər tərəfi eyni səviyyədə olsun və soyuducuya qoyun. İçlik üçün jelatinin üzərinə 5 xörək qaşığı su əlavə edin, şişməsi üçün kənara qoyun.Kəsmiyi xama, krem pendir, vanil və 120 qr şəkər tozu ilə yaxşıca çalın. Şişmiş jelatini su hamamında əridin və kəsmikli kütləyə əlavə əlavə edib qarışdırın. Qaymağı mikserlə çalın. Onu da qarışıma töküb,  ehtiyyatla qarışdırın. Kremi soyumuş badam korjunun üstünə tökün və yenidən soyuducuya qoyun. Moruğun üzərinə 30 qr şəkər tozu və qarğıdalı nişastası əlavə edib ocaqda qızdırın(qarışdırmağa ara vermədən,kütlə qatılaşana qədər odda saxlayın).Moruqlu kütləni soyudun və tortun üstünə çəkin.Yenidən tortu soyudun. Tam soyuyandan sonra formadan çıxarın, streç selloafanı çıxardın, tortun üstünü və kənarlarını tavada qovrulmuş badam ləçəkləri ilə bəzəyin.

Nuş olsun!


13321718_1173447999352932_9194887641966402037_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий