Moruqlu, limonlu tort

Порций:   Время приготовления:

13620699_1048428465252251_5753273451230283327_nDoğmalarınızın ad gününə bişirəcəyiniz ən dadlı tort reseptlərindən biri Moruqlu və limonlu tort.

 

Tərkibi:

Biskvit üçün:
  • 10 ədəd yumurta
  • 2 stəkan şəkər tozu
  • 2 stəkan un
  • 2 paket vanil
  • 1 ç.q qabartma tozu
  • 1 ədəd limon
Krem üçün: 400 qr kərə yaği 2 banka qatilaşdirilmiş süd

Hazırlanma qaydası:

Yumurtalara 2 stəkan şəkər tozunu az-az tökərək, köpüb 2 -3 qat artana qədər mikserlə çalın. 1 limonun sedrasını(qabığını) və şirəsini töküb qarışdırın. Unu vanil və qabartma tozuyla qarışdırıb, yumurtalara ələyərək töküb ehmalca taxta qaşıqla qarışdırın. Xəmiri yağlı kağız sərilmiş qaba töküb, 170-180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. Krem üçün yağ və qatılaşdırılmış südü mikser vasitəsilə çalın. Biskvit tam soyuduqdan sonra 2 və ya 3 yerə bölüb korjların arasına krem çəkin.Hər korjun arasına bol moruq düzüb, üstünü zövqə görə bəzəyin. Nuş olsun!

Resept üçün Liza Əliyevaya minnətdarıq.


13438977_1048427921918972_68044790729668961_n13620849_1048427501919014_1318074678432691981_n13620784_1048427465252351_8369173175919263236_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий