Moxito

Порций: 1 stəkan   Время приготовления: 10 dəqiqə
13240057_1165902800107452_5047341871591878805_nSon illərdə çox  məşhurlaşan Moxito həm sərinləşdirici, həm də sakitləşdirici bir içkidir. Moxito içkisini ev şəraitində daha asan şəkildə hazırlayıb, isti yay günlərini xoş ovqatla qarşılayın.

Ərzaqlar:

  • 1 ədəd limon
  • Sprite limonadı
  • 1 çay qaşığı şəkər tozu
  • 5-7 budaq nanə yarpağı
  • buz
Bəzəmək üçün
  • nanə yarpaqları

Hazırlanması:

Böyük bir kokteyl stəkanına limon dilimi, nanə yarpaqları qoyun. Üzərinə 1 çay qaşığı şəkər tozu əlavə edib bir qədər qaşıqla qarışdırılır ki, nanə və limonun ətiri açılsın. Stəkanın ortasından azacıq yuxarıya kimi Sprite süzüb, üzərinə buz parçaları əlavə edin. Nanə budaqları ilə bəzəyib için.
NUŞ OLSUN!
13240057_1165902800107452_5047341871591878805_n
 
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий