Kampaniya


EVDAR XANIMLAR ÜÇÜN GƏLİR MƏNBƏYİ


Evinizdən çıxmadan pul qazanmaq istəyirsiniz? Hazırladığınız xörəklər müqabilində gəlir əldə etmək arzusundasınız? Bu imkanı biz sizə yaradırıq! Əgər siz dadlı yeməklər hazırlayırsınızsa, foto kameranız və biraz da boş zamanınız varsa təklifimizi dəyərləndirərək pul qazana bilərsiniz. Sizdən tələb olunan sadəcə bişirdiyiniz xörəklərin hər mərhələdə şəkilini çəkib, hazırlanma qaydasını ardıcıl formada qeyd edib bizə göndərməkdir.

 

Qaydalar:

  1. Hər reseptə sayı 3-dən az olmamaq şərti ilə, yeməyin hazırlanma qaydasını əks etdirən fotoşəkillər əlavə etmək;

  2. Fotoların birində artıq hazırlanmış və gözoxşayan yemək təsviri olmalıdır;

  3. Fotoşəkillərin minimal ölçüsü 470x310 piksel olmalıdır;

  4. Fotşəkillər aydın, dəqiq, işıqlı və keyfiyyətli olmalıdır;

  5. Fotolarda heç bir yazı və tarix əks olunmamalıdır;

  6. Fotoşəkillərdə kirli soba və qab-qacaq, əlavə əşyaların təsviri olmamalıdır. Xüsusi diqqəti artıq hazırlanmış xörəyin şəkilinə ayrılmalıdır ki, foto aydın və ləziz görünsün;

  7. Telefonla çəkilmiş fotoşəkillər qəbul olunmur (keyfiyyəti fotokameraya malik olan telefonlar istisna olmaqla);

  8. Göndərdiyiniz reseptlər başqa saytlarda yerleşdirilməmiş olmalıdı. Reseptin müəllifi siz olmalısınız. Internetdən yüklənmiş, eləcə də özünüzə məxsus olmayan reseptləri yerləşdirmək QADAĞANDIR. Resepti mütləq özünüz yazmalısınız. Bütün reseptlərin unikallığı yoxlanılacaq və əgər plagiat aşkarlanarsa ödənişdən imtina olunacaq. Mətninizi burada özünüz də yoxlaya bilərsiniz. Mətnin unikallığı 80%- dən 100%- dək olmalıdır.

  9. Mətnləri azərbaycan və rus dillərində göndərə bilərsiniz.

Reseptləri minimal sayda yemək resepti olan və ya ümumiyyətlə resept olmayan saytın bölmələrinə yollamağınız daha məqsədəuyğundur.

Sayt admistrasiyasının mətni redaktə etmək hüququ var.

Hər reseptin alış qiyməti 3-5 manatdır (yuxarıda göstərilən şərtlərə əməl olunduğu halda).

Hər bir mətn ən az A4 formatlı səhifənin yarısı ölçüsündə və ya 1800 işarədən az olmamalıdır.

Reseptlərin tərtibi:

  1. Reseptin adı

  2. 3-4 cümlə ilə xörəyin qısa və aydın təsviri

  3. İstifadə olunacaq ərzaqlar

  4. Hazırlanma qaydası (ətraflı, mərhələlı şəkildə)

 

Yuxarıda sadalanan bütün şərtlər MÜTLƏQdir və əməl olunması vacibdir, əks halda reseptiniz qəbul olunmayacaq.

Reseptlərin ödənişi, reseptlər sayta yerləşdirilən andan etibarən 3 gün ərzində həyata keçiriləcək (ödəniş mobil operatorların danışıq konturu formasında heyata keçiriləcək). Odur ki, reseptlə birgə öz telefon nömrənizi və mobil operator kodunu bizə göndərməyi unutmayın.

Resepti göndərmədən öncə mütləq axtarış vasitəsi ilə belə bir reseptin saytda artıq olub-olmadığını yoxlayın. Ətraflı məlumat üçün saytımızın Facebook səhifəsini izləyin.

Əziz xanımlar və bəylər sizə uğurlar arzu edirik.

Reseptləri bu ünvana göndərə bilərsiniz: contact@recept.az

Sual və sorğularınızı qeydiyyatdan keçib Bloq bölməmizdə yaza bilərsiniz.