Mütəkkə

Порций:   Время приготовления:

mütəkkəNovruz günlərində ən çox bişirilən şirniyyatlardan biri də, Mütəkkədir. Müxtəlif bölgələrimizdə bu şirniyyatın fərqli adı var. Məsələn bəzi rayonlarımızda ona siqaret deyirlər. Əhalinin rusdilli hissəsi arasında isə, Mutaki kimi tanınır. Novruz hazırlıqlarınıza kömək məqsədi ilə, Mütəkkə reseptini sizə təqdim edirik.

Mütəkkənin tərkibi:

  • 4 stəkan un
  • 250 qr kərə yağı və ya marqarin
  • 1 ç/q soda
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • 1 ədəd yumurtanın sarısı
  • 1 stəkan qatıq
İçlik üçün
  • 250 qr qoz ləpəsi 
  • yarım stəkan şəkər tozu

Hazırlanma qaydası:

1 Mütəkkəni hazırlamaq üçün, öncə un və yağı umac halına gətiririk. Yağı sürtgəcin köməyi ilə unun üzərinə xırdalayaraq, işinizi daha da asanlaşdıra bilərsiniz.

2 Daha sonra yumurtanın sarısı, vanil, qabartma tozunu əlavə edirik. Sodanı qatığın içərisində söndürdükdən sonra qatığı da xəmirə qatıb, əlimizlə qarışdırırıq. Xəmiri yoğurduqdan sonra, içliyi hazırlayırıq.

3 Qoz ləpəsini un halına gətirib, şəkər tozu ilə yaxşıca qarışdırırıq. İçlik hazırdır. 

4 Daha sonra hazır xəmiri kündələrə bölürük. Şəkildəki formada xəmiri açıb, içliyi qoyuruq. Rulon formasında bükürük. 200 dərəcədə 15 dəqiqə bişiririk. Əziz dostlar, zövqə görə mütəkkələrin üstünə yumurta sarısı çəkə və çəkməyə bilərsiniz. Əgər çəkməsəniz, bişdikdən sonra, üzərinə şəkər pudrası səpə bilərsiniz. NUŞ OLSUN!

Resept üçün, Aysel xanıma minnətdarlığımızı bildiririk.


mütəkkəumacyumurtaxəmirkündəIMG-20160219-WA0080siqaretrulonmütəkkəmutaki

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий