Müxtəlif formalı qurabiyələr

Порций:   Время приготовления:

peçenyeBayram xonçalarınızı zənginləşdirmək istəyirsinizsə,  təqdim edəcəyimiz resepti sınayın.

Tərkibi:

  • 2 ədəd yumurta
  • 1,5 stəkan şəkər tozu
  • 200 qr kəsmik
  • 200 qr xama
  • 1 ç/q qabartma tozu
  • 200 qr kərə yağı
  • 1 ç/q vanil
  • gərəkdiyi qədər un
  • 50 qr qoz

Hazırlanma qaydası:

Öncə yumurtalar şəkər tozu ilə yaxşıca çırpılır. Üzərinə vanil əlavə edilir. Əridilib, soyudulmuş yağ, kəsmik və xama da bura qatılır. Xırda doğranmış qoz ləpəsi qarışıma əlavə edilir. Qabartma tozu və un yavaş-yavaş tökülərək, xəmir yoğrulur. Xəmir ələ biraz yapışan, yumuşaq olmalıdır.  Daha sonra, müxtəlif formalı qəliblərə qaşıqla tökülüb, 200 dərəcəlik  sobada 35-40 dəqiqə bişirilir.

NUŞ OLSUN!

Resept üçün Lamiyə xanıma minnətdarıq.

peçenyemüxtəlif formalı

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий