Ən asan Alma piroqu

Порций:   Время приготовления:

Ən asan Alma piroqunu təqdim edirik. Bu piroqun hazırlanmasında ən çətin proses almaların rəndələnməsidir.

almali1

Tərkibi:

  • 1 stəkan un
  • 1 stəkan manna yarması
  • 1 st şəkər tozu
  • 1-1,5 kq alma(turş)
  • qoz, xaş-xaş, kişmiş(zövqə görə)
  • 1 çay qaşığı qabartma tozu
  • 1 çay qaşığı darçın
  • 2 çay qaşığı nişasta
  • 100 qr kərə yağı

Hazırlanması:

Bütün quru inqrediyentləri qarışdırın. Almaların qabığını soyun, rəndənin xırda gözündə rəndələyin(suyunu süzməyin!). Zövqə görə xaş-xaş(mak), kişmiş və ya qoz əlavə edin. Soba sinisinə yağlı kağız sərin. Hamar qat ilə sininin dibinə quru qarışıqdan töküb üzərinə eyni qatlı rəndələnmiş alma səpin.

almali3

Üzərinə yenə quru qarışıqdan və rəndələnmiş almadan tökün.Eyni qaydanı almalar qurtarana qədər təkrarlayın.Sonuncu qata quru qarışıq tökün.Üzərinə donmuş kərə yağı rəndələyin.Əgər almalar şirəli deyilsə piroqun üzərinə isti süd gəzdirin.Piroqun üzərini hamarlayıb 180 dərəcə qızdırılmış sobada təxminən 40-50 dəqiqə bişirin.

almali2

Bişən piroqu yalnız soyuduqdan sonra kəsin. Süfrəyə verərkən, zövqə görə üzərinə şəkər kirşanı səpin.

almali1

Nuş olsun!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий