Nağıl tortu

Порций:   Время приготовления:
nağıl tortuNağıl tortu vətənimizin ən məşhur şirniyyat növlərindən biridir.
 
 

Ərzaqlar:

Biskvit üçün:
  • 100 qr un
  • 120 qr şəkər tozu
  • 4 yumurta
  • 20 qr kartof nişastası
Ara qatı islatmaq üçün sirop:
  • 100 qr şəkər tozu
  • 115 qr su
Kremi üçün:
  • 200qr kərə yağı
  • 185 qr şəkər tozu
  • 1 paket vanil
  • 2 yumurta sarısı
  • 125 qr süd
  • 1 çay qaşığı kakao
Üzəri üçün:
  • marmelad

Hazırlanması:

Biskvit üçün yumurta ağını köpüklənənədək mikserlə çırpın, üzərinə şəkər tozunun yarısını da əlavə edib çalmağa davam edin. Yumurta sarılarını qalan şəkər tozunun yarısı ilə ağaranadək çırpın. Yumuta ağını yumurta sarısına qatıb taxta qaşıqla yavaşca qarışdırın. Daha sonra un və nişastanı yumurta kütləsinin üzərinə ələyib ehtiyyatla aşağıdan yuxarı hərəkətlərlə qarışdırın. Soba sinisini yağlayıb alt hissəsinə yağlı kağız sərin. Xəmiri siniyə töküb 180 dərəcə qızdırılmış sobada bişirin. Sobadan çıxardığınız bişmiş biskviti 5 dəqiqə saxlayın. Daha sonra dəsmalın üzərinə çevirib yağlı kağızı çıxarın. Biskviti soyudun. Biskviti bir neçə saat saxlamaq olar. Sirop üçün qaynar suya şəkər tozunu töküb həll olunanadək qarışdırıb soyudun. Şarlotta kremi üçün bir qazana yumurta sarısını və südü töküb tel çırpıcı ilə qarışdırın. Şəkər tozu əlavə edib zəif odda qatıaşanadək dayanmadan qarışdıraraq 5-6 dəqiqə bişirin. Bişən kremi boşqaba töküb otaq temperaturunda soyudun. Kərə yağını vanillə çırpın. Bişmiş kremdən hər dəfə 2-3 çay qaşığı əlavə edərək kərə yağı ilə qarışdırın. Hazır olan kremdən 1/3 hissəsini ayırıb 1 çay qaşığı kakao əlavə edib qarışdırın. Biskvitin kənarlarını istədiyiniz formada kəsin, qırıntıqları ovuntu halına gətirin. 2 hissəyə böldüyünüz biskviti siropla isladın. Qatları ağ kremlə, üst qatı kakaolu kremlə kremləyin. Torun hər tərəfini ovuntu ilə örtün. . Üzərini zövqə görə krem və marmeladla bəzəyin.

Nuş olsun!


13643888_917725835040312_1660184452_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий