“Napoleon” tortu

Порций: 8 nəfərlik   Время приготовления: 5 saat

NAPOLEONƏn çox sevilən şirniyyatlardan biri olan, Napoleon tortu bişiririk. Rəvayətə görə bu tort ilk dəfə Rusiyada Napoleon Bonopartın məğlubiyyətinin 100 illiyi şərəfinə hazırlanmışdı.  Bu səbəbdən böyük sərkərdənin adını daşıyır.  Keçək tortun hazırlanmasına.

Lazım olan ərzaqlar:

  • 750 qr un
  • 250 qr kərə yağı
  • 2 ədəd yuçurta
  • 200 qr xama
  • 1 çimdik duz
Krem üçün
  • 1,5 qab  qatılaşdırılmış süd
  • 200 qr kərə yağı

Tortun hazırlanma qaydası:

Napoleon tortunun müxtəlif reseptləri mövcuddur.  Onlardan birini hazırlayacağıq. Bu resept sadə və  çox dadlıdır.

1 Öncə unu və duzu ya geniş kürənin ya da masanın üzərinə tökürük. Kərə yağını da una əlavə edib, umac hazırlayırıq. Kəənarda yumurta və xamanı qarışdırıb, umacın içərisinə töküb, xəmir yoğururuq. Xəmir nə çox bərk, nə də ələ yapışan olmalıdır. 9 ədəd kündə kəsib, 3 saat soyuducuda saxlayırıq.

2 Bu vaxt ərzində krem hazırlayırıq. Qatılaşdırılmış süd və yağı mikserlə çalırıq. Krem hazırdır. İstəsəniz kremi özününüz də bişirə bilərsiniz. Saytımızın şirniyyat bölməsində ev şəraitində krem hazırlanması haqda məlumat var.

3 Kündələri soyuducudan çıxarıb, oxlovla lavaş yayırıq. Lavaşların kənarlarını bişirəcəyimiz qaba uyğun kəsirik. Çünki, bişdikdən sonra kəsmək istəsəniz, korjlar qırılacaq. Növbə ilə kündələrin hamısını yayıb, bişiririk. Qırılan korjları ovub, tortun üzərinə və kənarlarına səpmək üçün saxlayırıq.  Mən 7 ədəd korju tort üçün, 2-ni isə ovuntuya istifadə etdim.

4 Korjların arasını kremləyib, üzərinə və kənarlarına ovuntu vururuq. Ən az 6 saat saxladıqdan sonra süfrəyə veririk. NUŞ OLSUN!


KƏRƏ YAĞIUMACXƏMİRKUNDƏNAPOLEON

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий