Napoleon tortunun 3 sadə hazırlanma qaydası

Порций:   Время приготовления:

napoleon_tortuHazırladığımız resept toplusu yəqin ki, xanımlarımızın ürəyincə olacaq. Təqdim edəcəyimiz 3 mükəmməl reseptlərin birini seçib, dadlı Napoleon tortu hazırlayın.

Lazım olan ərzaqlar:

I Qayda
  • 200 qr kərə yağı və ya marqarin
  • 1/2 stəkan su
  • 2 stəkan un
  • 1 çimdik duz
II Qayda
  • 100 qr kərə yağı və ya marqarın
  • 150 qr xama
  • 1/2 stəkan şəkər tozu
  • 2 ədəd yumurta
  • 2,5 stəkan un
III Qayda
  • 200 qr kərə yağı
  • 1 stəkan xama
  • 2 stəkan un
       

Hazırlanması:

I Qayda

Xəmiri hazırlamaq üçün qaynadılmış ilıq suya duz töküb, qarışdırın. Dəzgahın üzərində un və yağdan umac hazırlayın. Umaci təpə halına gətirib, ortasında əlinizlə dəlik açın, suyu yavaş-yavaş tökərək xəmir yoğurun. Suyun miqdarı azdırsa artırmaq da olar.  Hazır xəmiri sellofana qoyub, 2 saat soyuducuda saxlayın. Sonra 4-5 kündə ayırıb, oxlovla 3-5 mm enində yayın. Əgər soba sininizin ölçüsü kiçikdirsə 6 kündə də yayıb, bişirə bilərsiniz. Qeyd edək ki, bu xəmirin suyuna zövqə görə 1 x/q araq da əlavə edə bilərsiniz. Sevimli tortunuza istədiyiniz krem sürtüb, süfrəyə verin.

II Qayda

Yumurtaları şəkər tozu ilə qarışdırın. Yumşaldılmış yağı da əlavə edib, qarışdırmağa davam edin. Sonra kütləyə xamani da tökün. Unu da yavaş-yavaş səpib, xəmir yoğurun. Hazır xəmiri 7-8 kündəyə bölün. Kündələri oxlovla nazik yayın. Soba sinisinin dibini yağlayıb, yuxaları üzərinə qoyun. Yuxaları çəngəllə bir neçə yerindən deşib, 160 dərəcə isidilmiş sobada təxmini 5 dəqiqə rəngi az tündləşənədək bişirin. Bu yuxların arasına bişmiş krem də sürtüb tort hazırlamaq olar. Bir şərtlə ki, krem çox olmasın. Yoxsa korjlar yumşalib, xırçıltısını itirə bilər.

III Qayda

Dəzgahın üzərinə un töküb, təpə halına gətirin. Yağla qarışdırıb, umac hazırlayın. Umacın üzərinə yavaş-yavaş xama töküb, yoğurmağa başlayın. Yoğurduğunuz xəmir ələ yapışırsa bir az da un əlavə edin. Xəmiri biraz uzunsov şəkilə salıb, üzərini kündələrin sayı qədər bıçaqla yarımçıq kəsik atın. Xəmirin üzərinə salfet örtüb, , 2 saatlıq soyuducuda gözlədin. Sonra kündələri qoparıb, oxlovla yayıb, bir-bir rəngi azca tündləşənədək sobada bişirin. Bu xəmirdən təxmini 4-5 kündə əldə edəcəksiniz. Hazır yuxaların arasını zövqə krem çəkib, bir neçə saat saxladıqdan sonra, nuş edə bilərsiniz.

napolen_tort-300x300
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий