Naringi (mandarin) mürəbbəsi

Порций:   Время приготовления:

Mandarin sevməyən yəqin ki, yoxdur. Xüsusən də soyuq qış günlərində bu meyvəni nəinki dənə ilə kiloqramlarla yemək olar. Hətta bizim kimi ətirli mürəbbəsini də hazırlayıb, çayla içə bilərsiniz.

manda

Ərzaqlar:

  • 1 kq naringi (mandarin)
  • 1 ədəd böyük apelsin
  • 1 kq şəkər tozu
  • 1 stəkan su
  • 1 ç/q üyüdülmuş zəncəfil
  • 1 paket vanil

Hazırlanması:

Naringiləri və apelsini soyub, tək-tək dilimləyin. Təmizlənmiş meyvələri geniş qaba töküb, üzərinə su əlavə edin. 8 saat saxladıqdan sonra, kütlənin üzərinə zəncəfili səpib,  aşağı odda bişirin. Kütlə qaynayandan sonra, yarım saat da daim qarışdıraraq bişirin. Üzərinə şəkər tozu və vanili də töküb, yenə 30 dəqiqə bişirin. Mürəbbəni sterlizə edilmiş quru şüşələrə töküb, dəmir qapaqları qoyub, qapaqbağlayan alətlə kip qapayın.

mandarin

NUŞ OLSUN!

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий