“Nutella” tortu

Порций:   Время приготовления:

nutellaHəyatınızda ilk dəfə şirniyyat hazırlamaq qərarına gəlmisinizsə, düşünmədən "Nutella" tortunu hazırlayın.

Tərkibi:

Xəmir üçün:
  • 4 ədəd yumurta
  • 1,5  stəkan şəkər tozu
  • 100 qr marqarın
  • 3 x/q bal
  • 5 x/q kakao
  • 2 ç/q soda
  • 2 ç/q sirkə
  • 5 stəkan un
Krem üçün
  • 2 ədəd yumurta
  • 1,5 stəkan şəkər tozu
  • yarım stəkan un
  • 1 litr süd
  • 3 x/q kartof nişastası
  • 300 qr kərə yağı
  • 1 ç/q vanil

Hazırlanma qaydası:

Öncə yumşaldılmış marqarini kbir neçə hissəyə kəsib, qazana tökün. 4 ədəd yumurta və şəkər tozunu da töküb, bal və kakao əlavə edin. Kütləni su hamamına qoyub, qarışdırın. Kütlə tam əridikdən sonra sirkədə söndürülmüş sodanı da töküb, qarışdırmağa davam edin. Kütlənin həcmi artdıqdan sonra, 4stəkan un da səpib, qarışdırın. Xəmiri dəzgahın üzərinə töküb, lazım olarsa yerdə qalan 1 stəkan unu da əlavə edin. Əldə etdiyiniz elastik, ələ yapışmayan xəmiri 6 kündəyə bölün.  Tortun kündələrini soba sinisinin ölçüsünə görə düzbucaqlı və ya dairəvi şəkildə  yaya bilərsiniz. Kündələri növbə ilə oxlovla yayıb, öncədən 160 dərəcə isidilmiş sobada 3- 4 dəqiqə bişirin

.nutella_2

Tortun yuxaları bişdikdən sonra kremi hazırlayın. Yumurta ilə şəkər tozunu qarışdırıb, üzərinə nişasta, un və südü əlavə edin. Mikserlə çaldıqdan sonra, az odda qaynayanadək bişirin. Krem qatılaşanda üzərində köpüklər yaranacaq. Kremi ocağın üzərindən götürüb, soyudun.  Krem soyuduqdan sonra kərə yağı və vanil də töküb, mikserlə yaxşıca qarışdırın. Yuxaları yaxşıca kremləyib, üst-üstə qoyun. Sonuncu qatın üzərini kremləməyin. Nutella tortunu ən az bir gecə gözlətmək lazımdır ki, yumşaq alınsın. Tort tam yumşaldıqdan sonra romb və ya düzbucaqlı şəkilində kəsib, üzərinə əridilmiş və ya rəndələnmiş şokolad səpin. Çay və ya qəhvənin yanında dadından doymayacağınız ləzzətdən həzz alın. 

NUŞ OLSUN!


nutella_1
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий