Olduqca asan hazırlanan Şokoladlı tort

Порций: 8-10   Время приготовления: 90 dəq
12919264_852093884936841_106258422_nGözlənilmədən qonağınız gələcək? Təqdim etdiyimiz çox sadə və ləzzətli tort reseptini sınayın. Əmin olun ki, bu şirniyyatın dadı hələ uzun müddət bütün qonaqların damağında qalacaq.

Tərkibi:

 Xəmir üçün
  • 300 qr kefir və ya qatıq
  • 1 stəkan şəkər tozu
  • 2 ədəd yumurta
  • 2 xörək qaşığı duru yağ
  • 2-3 xörək qaşığı kakao
  • 1 çay qaşığı soda
  • 2 stəkan un
Krem üçün: 1 ci variant xamalı krem
  • 400 qr xama
  • 1 stəkan şəkər tozu
  • 200 qram kərə yağı
2-ci variant: bişmiş krem
  • 2 ədəd yumurta
  • 300 qram şəkər tozu
  • 2 xörək qaşığı un
  • 400 qr süd
  • 1 paket vanil
  • 200 qram kərə yağı
Bəzəmək üçün peçenye və şokolad, və ya qoz-fındıq

 Hazırlanma qaydası:

 Bir qabda yumurta, bitki yağı və qatıq( və ya kefir) yüngül qarışdırılır. Digər qabda quru qarışım un, şəkər tozu, soda və kakao qarışdırılıb maye qarışığa əlavə olunur. Yağlanmış keks qabına töküb əvvəlcədən 170-200 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirilir. Soyuyan keksi 3 hissəyə bölüb, arasına xamalı və ya bişmiş krem yaxıb şokolad və ya qoz fındıqla bəzəyə bilərsiniz.
1. Xamalı kremin hazırlanması:
Yumşaldılmış kərə yağı xama və şəkər tozu ilə yaxşıca çırpılır.
2. Bişmiş kremin hazırlanması:
Südü qaynamağa qoyun. Eyni zamanda başqa bir qabda yumurta şəkər tozu ilə ağaranadək çırpılıb,tədricən un əlavə olunur.Yumurta qarışığını qaynayan südə az-az qarışdıraraq əlavə edin. Zəif odda bişən kremə vanil tökün. Oddan götürdüyünüz kremi soyudub yumşaldılmış kərə yağı əlavə edib yaxşıca qarışdırın. 30 dəqiqə soyuducuda gözlədin.Krem hazırdır.
Nuş olsun!
 12919264_852093884936841_106258422_n
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий